SON XƏBƏRLƏR

İran-Əfqanıstan-Pakistan əməkdaşlığı alınacaqmı?

2021.10.20, 07:36
 İran-Əfqanıstan-Pakistan əməkdaşlığı alınacaqmı?

Gunaz.tv
Aprelin 27-də Əfqanıstanın paytaxtı Kabildə İran, Pakistan və Əfqanıstan xarici işlər nazirlərinin birgə toplantısı keçirilmişdir. Görüşdə, regional təhlükəsizlik, sərhəddlərin qorunması, narkotik maddələrin və silah qaçaqmalçılığıyla mübarizə, ticari əməkdaşlığın möhkəmləndirilməsi və digər mövzular müzakirə edilmişdir. Nazirlər arasında qarşılıqlı ticarətdə xüsusi güzəştlərə dair müqavilə imzalanmış, hazırlanan xüsusi sənədin isə yaxın vaxtlarda Tehranda bu üç ölkənin dövlət başçıları arasında keçiriləcək zirvə görüçündə imzalanması nəzərdə tutulur. Tədbirdə içtirak edən İİR rəsmiləri parlament sədrləri arasında da üçtərəfli görüşün keçirilməsi ideyasının da müzakirə edildiyini bildirmişlər. Xatırladaq ki, onsuz da uzun illərdir ki, qeyri-sabit olan regionda xüsusilə ABŞ-ın Afqanıstana hərbi müdaxilədsindən sonra vəziyyət mürəkkəb hal almışdır. Nə Taliban problemi, nə narkotika və silah qaçaqmalçılığı problemi həll edilə bilməmiş, əksinə həm bu sahələrdə artıq olmuş, həm də regional siyasət qarışıq vəziyyətə gəlmişdir. Əfqanıstandakı vəziyyətə dair keçirilən beynəlxalq tədbirlərdə İİR nümayəndələrinin iştirakı ilə güclənən üçtərəfli əməkdaşlıq ideyası 2009-cu ilin Martında İranda keçirilən EKO-nun (İqtisadi Əməkdaşlıq Təşkilatının) zirvə görüşündə baş tutan Əfqanıstan, İran və Pakistan dövlət başçılarının görüşündən sonra real addımlarda özünü daha da aydın göstərməyə başladı. Aprelin 10-da bu üç ölkənin xarici işlər nazirlərinin müavinləri Pakistanın paytaxtı Karaşidə görüş keçirərək imzalanacaq ortaq sənədlər və atılacaq addımlarla bağlı fikir mübadiləsi aparmışdılar. Əməkdaşlıq hər üç dövlət üçün əhəmiyyətlidir. Beynəlxalq aləmdən təcrid olunan İran dünyanin diqqət mərkəzində olan bir ölkənin (regionun) problemlərinin həlli prosesində yaxından iştirak edərək həm dünyaya verə biləcəyi tövhələri göstərməyə, həm də prosesə nəzarət imkanlarını mümkün qədər qorumağa çalışır, eyni zamanda ABŞ ilə ortaq maraqlarının ola biləcəyinə dair fikirləri də müəyyən dərəcədə möhkəmləndirir. Əfqanıstan və Pakistan rəhbərlikləri isə həm mütləq ABŞ tərəfdarı və bu dövlətə tam bağlı olduqları şəklindəki imiclərini müəyyən dərəcədə dəyişməyə çalışır, həm də problemlərin həlli istiqamətində İranın imkanlarından yararlanmağa çalışırlar. Amma nə xüsusilə Əfqanıstan rəhbərliyinin müstəqil siyasətə dair görüntü yaratmaq səyi, nə də İranın regiondakı digər problemlərin həlli üçün cəhdləri çox da səmimi olmadığı üçün üçtərəfli əməkdaşlığın çox ciddi nəticələr vermə ehtimalı azdır. Xüsusilə regiondakı problemlərin hamısı ortadan qalxdıqdan sonra tək problemin İran olacağı nəzərə alınarsa...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar