SON XƏBƏRLƏR

İranın Kürd terrorçularla mübarizəsi səmimi deyil

2021.10.20, 07:36
İranın Kürd terrorçularla mübarizəsi səmimi deyil

Gunaz.tv
Mayın 5-də İranın Bağdaddakı səfiri Həsən Kazimi Qumi İraq Xarici İşlər Nazirliyinə çağrılaraq, rəsmi Tehranın İraqda kürdlər yaşayan məntəqələrə raket zərbələri endirilməsinə İraq hakimiyyətinin etirazı bildirilib. Nazirlik İranın hücumları nəticəsində İraqın kəndlərinin dağıdıldığını bildirib və bunun sonucunun pis ola biləcəyi barədə xəbərdarlıq edib. İraq hakimiyyəti İrandan bu hücumlarını dayandırmağı tələb edib. XİN-in notasında bildirilir ki, belə kobud hərəkətlərin iki dövlət arasındakı münasibətlərə mənfi nəticə verəcəkdir. Bəyanatda həmçinin bildirilir ki, İraq hakimiyyəti İran yetkililərinin öz sərhədlərində təhlükəsizlik yaratmaq cəhdlərini başa düşür, amma bu cür birtərəfli əməliyyatlarla müsbət nəticə alınmasını mümkün deyildir. Rəsmi Bağdad bu cür problemlərin həllində ikitərəfli danışıqlar və əməkdaşlığın önəmini irəli çəkir. İraqın şimalında Kürd muxtar vilayətinin rəhbərliyi də bu əməliyyatı pisləyərək tez bir zamanda bu əməliyyatların dayandırılmasını tələb edib. Kürd vilayətinin rəhbərləri eyni zamanda separatçı qüvvələrdən İran və Türkiyəyə qarşı həyata keçirdikləri teror aksiyalarını tam dayandırılmasını da tələb ediblər. Xatirladaq ki, İranda PEJAK və Türkiyyədə isə PKK uzun illərdir ki, separatçı məqsədlərlə silahlı saldırılara əl atırlar. Hər iki dövlət bu terror qrupları ilə mübarizə aparır. Bu qruplar əsasən İraqın şimalındakı dağlıq ərazilərdə gizlənir və fəaliyyətlərini bu bolgədən idarə edirlər. Bu terrorçu qrupların xüsusiylə Qəndildə öz silahlı qüvvələrini topladıqaları və buradan da İran və Türkiyə ərazisinə göndərikləri yaxşı məılumdur. Bu səbəbdən bu ərazi dəfələrlə İran və Türkiyyə tərəfindən hava hücumlarına məruz qalıb. Bu hücumlar nəticəsiundə bəzən dinc əhali də zərər çəkmiş olur. Ətraf kəndlərin evlərinə dəyən raket və top mərmiləri bu regionda yaşayan dinc əhalini təhlükələrlə üz-üzə qoyur. Elə İranın son hücumları zamanı 3 kənd hədəfə alınıb. 10 gün əvvəl isə İranın İraqla sərhəd ərazilərində PEJAK-la İran polis qüvvələrinin toqquşması nəticəsində 10 polis olmaq üzrə 20 nəfər həlak olub. İranda kürd problemi əslində hakimiyyətin göz yumduğu və özünundə marağında olan problemlərdən biri hesab oluna bilər. İllər boyu kürdlərin qaçaqmalçılıqlarına və Azərbaycan Türklərinin daimi yaşadıqları ərazilərə yerləşməsinə göz yuman hakimiyyət bugün kürdlərin yenidən dirçəlməsi və hakimiyyətə problem olmasına imkan yaratmışdır. İran Azərbaycan və Türkiyə ilə sərhəd bölgəsinə kürdlərin yerlədirilməsi və beləcə Türk etnosu arasına “Kürd divarı” çəkmə siyasəti yeritməkdədir. İran-İraq müharibəsi zamani Səddam Hüseynin İran Kürdlərini tam dəstəklədiyi bir zamanda belə Kürd məsələsi İranda bugünkü qədər təhlükəli durumda olmamışdı. Bu isə hakimiyyətin bir xalqı digər xalqla qarşı-qarşıya qoyma siyasətinin və İranda Azərbaycan milli hərəkatını kürdlər vasitəsi ilə məhv etmə kursunun məntiqi nəticəsidir. İranın milli ədəvat və Kürt kartına sarılmasındakı əsas səbəb isa Azərbaycan milli hərəkatının dinc və qanuni imkanlar çərçivəsində kütləviləşməsi və hakimiyyətin zor tətbiq etmə mexanizmlərinin bu prosesə mania olmaq üçün bəhanə tapa bilməməsidir. Amma Kürd məsələsi açıq silahhlı mübarizə çərçivəsində olduğundan onunla mübarizə etmək də hakimiyyət üçün daha rahatdır. Bu mübarizənin əsas mərkəzi isə dağlardır. Ancaq qeyd etməliyik ki, İran rəsmilərinin İraqda yerləşən PKK hərbi bazalarına hücumları da səmimi deyil. Bu yalnız Türkiyə ilə həmrəylik nümayişi və müştərək düşmənlə müştərək mübarizə hissi yaratmağa qulluq edən tədbirdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar