SON XƏBƏRLƏR

BİR BOMBARDMAN – 100 ÖLÜ

2021.10.20, 07:36
BİR BOMBARDMAN – 100 ÖLÜ

Gunaz.tv
BİR BOMBARDMAN – 100 ÖLÜ Amerikanın hərbi hava qüvvələri əfqan kəndini yerlə yeksan ediblər Amerika Birləşmiş Ştatlarınn Əfqanıstandakı hərbi qüvvələrinin həyata keçirdiyi hava bombardmanı nəticəsində ölənlərin sayı 100-ü aşıb. Bombardman dünən Fərah əyalətində baş verib. Bu barədə yerli polis idarəsinin rəisi Abdulqafar Vətəndar “Assoşeyted press” agentliyinə verdiyi açıqlamada bildirib. Bombardmandan dərhal sonra 30 nəfərin həlak olduğu bildirilib. Polis rəisinin sözlərinə görə, yeni məlumatlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin xaraba qoyulmuş kənddə araşdırma aparan əməkdaşlarının ifadələrinə əsaslanır. ABŞ Dövlət Departamenti öz tərəfindən Əfqanıstan hökuməti ilə birlikdə hadisəni araşdırmaq təşəbbüsü irəli sürüb. Dövlət Departamentindən bildiriblər ki, ABŞ və beynəlxalq koalisiya qüvvələri dinc əhali arasında qurbanların minimuma endirilməsinə çalışırlar. Bu arada “Assoşieyted press” xəbər verir ki, Əfqanıstan prezidenti Barak Obama ilə görüşündə mülki əhalinin kütləvi şəkildə öldürülməsi məsələsini qaldıracaq. Görüş bu gün Vaşinqtonda baş tutmalıdır. musavat,com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar