SON XƏBƏRLƏR

İran adlanan yerdə yerləşən Kirmanşah şəhərində banka silahlı basqın olub, basqınçılardan biri öldürülüb

2021.10.20, 07:36
İran adlanan yerdə yerləşən Kirmanşah şəhərində banka silahlı basqın olub, basqınçılardan biri öldürülüb

Gunaz.tv
İran adlanan yerdə yerləşən Kirmanşah şəhərində banka silahlı basqın olub, basqınçılardan biri öldürülüb İran adlanan yerin Kirmanşah şəhərinin Cumhuri meydanında yerləşən "Məskən" bankının filialına silahlı basqın olub, basqınçılardan biri öldürülüb. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, üç silahlı şəxs çərşənbə axşamı İranın Kirmanşah şəhərində "Məskən" bankının filialına basqın ediblər. Hadisə yerində İran polis qüvvələri və silahlı basqınçılar arasında atışma baş verib. Atışma zamanı basqınçılardan biri həlak olub, digər bir nəfər isə ayağından yaralanıb. Yaralanmış soyğunçu ilə birgə digər soyğunçu da hadisə yerindən qaça bilib. İran polisinin məlumatın görə, soyğunçular bankdan pul oğurlaya bilməyiblər. Bank işçilərindən və müştərilərdən xəsarət alan olmayıb. Soyğunçuların axtarışı davam etdirilir.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar