SON XƏBƏRLƏR

İRAN ƏSİLLİ AMERİKALI JURNALİSTİN ACLIQ AKSİYASINI DAYANDIRDIĞI BİLDİRİLİR

2021.10.20, 07:36
İRAN ƏSİLLİ AMERİKALI JURNALİSTİN ACLIQ AKSİYASINI DAYANDIRDIĞI BİLDİRİLİR

Gunaz.tv
İRAN ƏSİLLİ AMERİKALI JURNALİSTİN ACLIQ AKSİYASINI DAYANDIRDIĞI BİLDİRİLİR Roksana Sabiri Casusluqda günahlandırılaraq 8 il müddətinə azadlıqdan məhrum edilən İran əsilli amerikalı jurnalist Roksana Sabirinin aclıq aksiyasını dayandırdığı barədə məlumatlar yayılıb. R.Sabiri qanunsuz həbsinə etiraz əlaməti olaraq aclığa iki həftə əvvəl başlamışdı. 6 ildir İranda BBC və Amerika Milli Radiosu kimi beynəlxalq media quruluşlarına xəbər toplamaqla məşğul olan jurnalist 3 ay əvvəl həbs edilib. Roksananın atası Rza Sabiri “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında jurnalistin ailəsinin aclığı dayandırmaq xahişinə müsbət cavab verdiyini vurğulayıb. İki həftəlik aclıqdan sonra səhhəti kəskin pisləşən Roksana 3 gün öncə Tehranın Evin həbsxanasının xəstəxanasına aparılıb. Roksananın 3 ildən bəri ölkədə qanunsuz fəaliyyət göstərdiyini deyən İran rəsmiləri beynəlxalq müraciətləri nəzərə alaraq yaxın günlərdə onun işinə yenidən baxılacağını bildiriblər. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar