SON XƏBƏRLƏR

Gürcüstan prezidenti bütün hərbi hissələrdə fövqəladə vəziyyət elan edib

2021.10.20, 07:36
Gürcüstan prezidenti bütün hərbi hissələrdə fövqəladə vəziyyət elan edib

Gunaz.tv
Gürcüstan prezidenti bütün hərbi hissələrdə fövqəladə vəziyyət elan edib Gürcüstan prezidenti Mixail Saakaşvili bütün hərbi hissələrdə fövqəladə vəziyyət elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, M. Saakaşvili bəyan edib ki, ölkədə planlaşdırılan hərbi qiyamın məqsədi NATO təlimlərini pozmaq olub. O, artıq vəziyyətin nəzarətə götürüldüyünü açıqlayıb. Qiyam qaldırmış hərbi hissənin yerləşdiyi Muxrovaniyə isə ağır hərbi texnika göndərilib. Quru Qoşunlarının komandanı Şmagi Teliya qiyamçılarla danışıqlar aparır. Qiyamçılarla əlaqəsi olduğu bildirilən general Koba Kobaladze həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar