SON XƏBƏRLƏR

Levon Məlik-Şahnazaryan: “İran Ermənistana möhtacdır”

2021.10.20, 07:36
Levon Məlik-Şahnazaryan: “İran Ermənistana möhtacdır”

Gunaz.tv
Levon Məlik-Şahnazaryan: “İran Ermənistana möhtacdır” “İranın Ermənistana, Ermənistanın İrana möhtac olduğundan daha böyük ehtiyacı var”. Lent.az-ın “Arminfo” saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla politoloq Levon Məlik-Şahnazaryan çıxış edib. Məlik-Şahnazaryanın iddiasına görə, Ermənistanı İranın Avropaya yeganə qapısı saymaq olar: “İranın Ermənistandan başqa bölgədə heç bir müttəfiqinin olmadığını nəzərə alsaq, bu nöqteyi-nəzər təkzibedilməz xarakter alır. Əgər İrana aparan yol bizim üçün ancaq İrana aparan yoldursa, Ermənistana yol İran üçün onu Avropa ilə birləşdirən yoldur. Güman edirəm ki, bu kontekstdən baxanda bizim ölkələrimiz arasındakı münasibətləri heç nə poza bilməz”. Politoloq Ermənistan və Rusiya arasındakı münasibətlərdə bunun əksini görmək mümkün olduğunu vurğulayıb: “Bəzən Moskva ilə yaxşı münasibətlərə o qədər cidd-cəhdlə can atırıq ki, bizim Moskvadakı müttəfiqlərimiz Ermənistanı Rusiyanın forpostu adlandırırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar