SON XƏBƏRLƏR

Hidayət Orucov: "Azərbaycanda radikal təriqətləri yaymaq meylləri var"

2021.10.20, 07:36
Hidayət Orucov: "Azərbaycanda radikal təriqətləri yaymaq meylləri var"

Gunaz.tv
Hidayət Orucov: "Azərbaycanda radikal təriqətləri yaymaq meylləri var" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bu meyllərin ictimaiyyətə təsir etmək iqtidarında olmadığını bildirir "Azərbaycanda radikal təriqətləri yaymaq meylləri var. Amma bu meyllər ictimaiyyətə təsir etmək iqtidarında deyil". Bunu "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərlə bağlı parlament komitəsinin iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bəyan edib. Əlavə və dəyişikliklər içərisində dini qurmların qeydiyyatı məsələsinə xüsusi diqqət yetirən sədr xarici ölkələrdən istiqamətləndirilən və maliyyələşən dini qurumların qeydiyyatdan keçməkdə maraqlı olmadıqlarını vurğulayıb. Onun sözlərinə görə, bu məqamın əlavə və dəyişikliklər zamanı nəzərə alınması məqsədəuyğundur. Bəzi dini icmalarda ailələrin dağılmasına məcbur etmə hallarının müşahidə edildiyini qeyd edən H. Orucov, bunun daha çox qeyri-islami təriqətlərin törətdiyi fəsadlar olduğunu və komitədə bununla bağlı onlarla faktın olduğunu bildirib. Komitə sədrinin dediklərindən o da məlum olub ki, Azərbaycandakı 92 məscidi xarici ölkələr tikdirib./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar