SON XƏBƏRLƏR

İran adlanan yerdə keçiriləcək prezident seçkisində iştirak etmək üçün 70 nəfər müraciət edib

2021.10.20, 07:36
İran adlanan yerdə keçiriləcək prezident seçkisində iştirak etmək üçün 70 nəfər müraciət edib

Gunaz.tv
Onlardan 4-ü qadındır Bu ilin iyun ayında İranda keçiriləcək prezident seçkisində iştirak etmək üçün 70 nəfər rəsmi qeydiyyatdan keçmək üçün müraciət edib. CNN Türk-ün məlumatına görə, bunlardan 4-nü qadınlar təşkil edir. İranın Daxili İşlər Nazirliyi mayın 5-də başlayan rəsmi müraciət işlərinin ayın 9-na qədər davam edəcəyini bildirib. İranın Konstitusiya Müdafiə Şurası daha sonra namizədlərin dövlət başçısı üçün lazımi keyfiyyətlərə malik olub-olmadığını araşdırmağa başlayacaq. Şura mayın 20-21-də seçdiyi namizədlərin adlarını açıqlayacaq. Namizədlərin təbliğat kampaniyası isə mayın 22-dən iyunun 10-na kimi davam edəcək. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar