SON XƏBƏRLƏR

Gürcüstanda qiyam yatırıldı

2021.10.20, 07:36
Gürcüstanda qiyam yatırıldı

Gunaz.tv
Gürcüstanda qiyam yatırıldı Hərbi hissənin komandiri təslim olub Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şota Utiaşvili Muxrovani hərbi bazasındakı qiyamın yatırıldığını elan edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, qiyamçıların bir hissəsi, o cümlədən hərbi bazanın komandanı təslim olub. Onlardan ancaq bir neçə nəfəri qaça bilib. Hakimiyyət orqanları bildirirlər ki, prezident Mixail Saakaşvili qiyamçılarla danışıq aparmaq üçün şəxsən hərbi hissəyə gedib. Məhz onunla danışıqlardan sonra qiyamçılar təslim olublar. Xatırladaq ki, DİN bu gün səhər ölkədə hərbi çevrilişin və prezident Mixail Saakaşviliyə sui-qəsdin qarşısının alındığını bəyan edib. Bu faktla bağlı 7 general həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar