SON XƏBƏRLƏR

Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı, işğal etdiyi torpaqlardan çıxmalıdır

2021.10.20, 07:36
Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı, işğal etdiyi torpaqlardan çıxmalıdır

Gunaz.tv
«Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı, işğal etdiyi torpaqlardan çıxmalıdır» Araz Əzimov: «Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq və o regionda yaşayacaq iki icmanın birgə yaşamaları üçün konkret model işlənib hazırlanacaq» «Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı, işğal etdiyi torpaqlardan çıxmalıdır». Türkiyənin yeni baş diplomatı Əhməd Davudoğlu ilə görüşdən qayıdan Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bu bəyanatla çıxış edib. A.Əzimov artıq münaqişənin həlli istiqamətində konkret modelin tərtib olunacağından da bəhs edib: «Azərbaycanın işğal olunmuş bütün torpaqları boşaldılmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaq və o regionda yaşayacaq iki icmanın birgə yaşamaları üçün konkret model işlənib hazırlanacaq». Buna bütövlükdə prosesin skeleti kimi baxdıqlarını deyən xarici işlər nazirinin müavini Araz Əzimov, bu məqsədlərə nail olmaq üçün müvafiq mərhələlərin keçilməsinin tələb olunduğunu vurğulayıb. Araz Əzimov prezident İlham Əliyevin Praqaya səfəri zamanı Ermənistanın dövlət başçısı Serj Sarkisyanla keçirəcəyi görüşdə münaqişənin həlli ilə bağlı bütün məsələlərin müzakirə olunacağını vurğulayıb. O, həmçinin Türkiyəyə ötən gün gerçəkləşdirdiyi səfərdən də danışıb. O, həm Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, həm də nazirin birinci müavini Apakanla keçirdiyi müzakirələrdə Azərbaycan-Türkiyə əlaqələri, regional problemlər və təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu söyləyib. Araz Əzimov danışıqlar zamanı ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlərə də aydınlıq gətirildiyini vurğulayıb: «Bəzi suallara cavab alındı. Bəzi suallar dəqiqləşdirilməlidir. Amma əsas budur ki, biz Türkiyə ilə birgə işimizi elə qurmalıyıq ki, hər iki dövlətin maraqları təmin olunsun və bu maraqlar birdir. Regionda təhlükəsizlik təmin olunmalıdır və Ermənistan regionda bütün ətrafında olan dövlətlərin ərazi bütövlüyünü tanımalı və işğal olunmuş torpaqlardan çıxmalıdır». Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli şərtindən imtina edib-etməməsinə gəldikdə isə, azərbaycanlı diplomat yalnız prezidentə məruzə etdikdən sonra bu suala cavab verəcəyini söyləyib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar