SON XƏBƏRLƏR

Türkiyənin prezidenti və müxalifət lideri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

2021.10.20, 07:36
Türkiyənin prezidenti və müxalifət lideri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Gunaz.tv
Türkiyənin prezidenti və müxalifət lideri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib Abdullah Gül və Dəniz Baykal həmçinin Türkiyənin hər iki ölkə ilə münasibətlərini, Konstitusiya dəyişikliyini və terror problemi barədə müzakirə aparıblar Türkiyənin prezidenti Abdullah Gül Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykalla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib. ANS PRESS-in "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, Abdullah Gül ölkədəki bəzi problemlərin müzakirəsi üçün ölkə müxalifətinin lideri Dəniz Baykalı prezident aparatı olan Çankaya köşkündə qəbul edib. Baykalın ölkə prezidenti Abdullah Güllə 1 saat nəzərdə tutulan görüşü 1,5 saat davam edib. Baykal Çankaya köşkündən ayrılarkən jurnalistlərə verdiyi açıqlamada Konstitusiya dəyişikliyi, terror problemi və Azərbaycan-Türkiyə-Ermənistan münasibətlərinin müzakirə olunduğunu bildirib. Dəniz Baykal görüşün faydalı olduğunu da qeyd edib. Qeyd edək ki bu, Abdullah Gül prezident seçildikdən sonra Dəniz Baykalın Çankaya köşkünə 3-cü ziyarətidir. Şirəli Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar