SON XƏBƏRLƏR

Azərbaycanlı tələbə Ehsan Fəridinin edam hökmünə qarşı etiraz kampaniyası

2025.11.05, 13:47
Azərbaycanlı tələbə Ehsan Fəridinin edam hökmünə qarşı etiraz kampaniyası

Azərbaycanlı tələbə Ehsan Fəridinin edam hökmünə qarşı etiraz kampaniyası başladılıb.

Gunaz.tv

Üç dildə - türk, fars və ingilis dillərində dərc olunan petisiya ölüm hökmlərinin verilməsinə və icrasına etiraz olaraq başladılıb.

İmza sahibləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsinə və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsinə istinad edərək, ölüm hökmünün nə ədalət, nə də təhlükəsizlik gətirmədiyini xatırladadıblar.

Bəyanatda ölüm hökmünün “geri dönülməz və insan və hüquqi prinsiplərə zidd” olduğu vurğulanır və Təbrizdən olan türk tələbə Ehsan Fəridinin işi “edamın vətəndaş fəaliyyətini və sosial etirazları boğmaq üçün bir vasitə kimi istifadəsinə” nümunə kimi təqdim olunur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar