SON XƏBƏRLƏR

Zəncanda plakat quraşdırılıb: "Psixoloji müharibə? Su yoxdur, pul yoxdur, sanksiyalar var"

2025.11.06, 12:34
Zəncanda plakat quraşdırılıb: "Psixoloji müharibə? Su yoxdur, pul yoxdur, sanksiyalar var"

Zəncan vətəndaşları, su böhranına və xalqın dolanışıq vəziyyətinə reaksiya verərək, şəhər körpülərindən birinə plakat asıb İran hökumətinin səmərəsizliyinə etirazlarını nümayiş etdiriblər.

Gunaz.tv

İran hökumətinin onların qanuni tələblərinə və vətəndaşlıq hüquqlarına diqqət yetirməməsi səbəbindən Azərbaycan xalqı gündən-günə yoxsullaşır.

Azərbaycanın əyalətlərində yüksək işsizlik səviyyəsi səfalət həddinə çatıb və infilyasiya xalqın onsuz da ağır olan sosial durumunu bir qədər də ağırlaşdırır.

Digər tərəfdən, hökumətin ayrı-seçkilik siyasəti səbəbindən Urmiya gölü quruyub və su çatışmazlığı böhranı gündən-günə şiddətlənir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar