SON XƏBƏRLƏR

Sülh və insanlıq mesajı verən "Ölüləri dəfn edin" tamaşası Təbrizdə səhnələşdiriləcək

2025.11.06, 13:07
Sülh və insanlıq mesajı verən "Ölüləri dəfn edin" tamaşası Təbrizdə səhnələşdiriləcək

Sülh və insanlıq mesajı verən "Ölüləri dəfn edin" tamaşası Təbrizdə səhnələşdiriləcək.

Gunaz.tv

Tamaşa 6 noyabrdan etibarən hər gün saat 19:30-da Təbrizdəki 29 Bəhmən Mədəniyyət və İncəsənət Kompleksində nümayiş olunacaq.

Müharibə anlayışına toxunmasına baxmayaraq, bu əsər sülh, insanlıq və insanların birgəyaşayışına köklənib. Tama.a türk dilində nümayiş olunacaq.

Müəllifi İrvin Şounun ilk əsəri hesab edilən tamaşa ingilis dilində yazılıb və dilimizə tərcümə olunub.

Tamaşanın təqdim ediləcəyi onun rejissoru Nazilə İranzad-Benam və aktyor heyəti tərəfindən Təbrizdə keçirilən mətbuat konfransında bildirib.

"Tamaşa sülh mesajı verməyi hədəfləyir. Onun təqdimatı 32 aktyorun iştirakı ilə baş tutacaq. Biz icazələri aldıqdan sonra ötən ilin dekabrından məşqlərə başladıq." - deyə Nazilə xanım bildirib.

Qeyd edək ki, tamaşanın müddəti 95 dəqiqədir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar