SON XƏBƏRLƏR

AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ: “HEÇ BİR TORPAQ GÜZƏŞTİNDƏN SÖHBƏT GEDƏ BİLMƏZ”

2021.10.20, 07:36
AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ: “HEÇ BİR TORPAQ GÜZƏŞTİNDƏN SÖHBƏT GEDƏ BİLMƏZ”

Gunaz.tv
AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ: “HEÇ BİR TORPAQ GÜZƏŞTİNDƏN SÖHBƏT GEDƏ BİLMƏZ” Səfər Əbiyev “Heç bir torpaq güzəştindən söhbət gedə bilməz”. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün ABŞ müdafiə katibi köməkçisinin müavini Meri Vorliklə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın iradəsini ifadə edərkən belə deyib. Nazir bildirib ki, ümumiyyətlə münaqişə qeyd-şərtsiz öz həllini tapmalıdır. S.Əbiyev onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsassız gecikmələrə yol verilməsi regionda ümumi durumu daha da gərgin vəziyyətdə saxlayır, ona görə də problem tezliklə aradan qaldırılmalıdır. Görüşdə həmçinin NATO və ABŞ-la Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Məlumat “Media forum” saytına Müdafiə Nazirliyi mətbuat xidmətindən verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar