SON XƏBƏRLƏR

Mahmud Əhmədinecat İsraili mikrob adlandırdı

2021.10.20, 07:36
Mahmud Əhmədinecat İsraili mikrob adlandırdı

Gunaz.tv
Mahmud Əhmədinecat İsraili mikrob adlandırdı İran prezidenti Mahmud Əhmədinecat Suriyaya səfər edib. Səfər çərçivəsində o, həmkarı Bəşər Əsədlə və Dəməşqdə olan «Həmas» lideri Xalid Meşalla görüşüb. Yenidən İsraili tənqid atəşəsinə tutan İran prezidenti sionizm məhvedici mikrob adlandırıb. Suriya ilə İran strateji münasibətlərini daha da möhkəmləndirir. Birləşmiş Ştatların təzyiqinə məruz qaldıqdan sonra həm Dəməşq, həm də Tehran əlaqələri gücləndirməyə çalışır. Vaşinqton isə bütün səylə Suriyanı irandan uzaqlaşdırmağa cəhd göstərir. Lakin rəsmi Dəməşq Yaxın Şərqin siyasi xərtəsinin yalnız İsrailin ərəb torpaqlarından çıxması nəticəsində dəyişə biləcəyini bəyan edir. Suriyaya növbəti səfərini gerçəkləşdirən İran prezidenti Mahmud Əhmədinecat həmkarı Bəşər Əsədlə ikitərəfli münasibətlər, Fələstin və İraqdakı durum müzakirə edib. İranla əlaqələrə böyük əhəmiyyət verən Suriya prezidenti iki ölkə arasındakı müttəfiqliyin Yaxın Şərqdə sabitliyin təmin olunmasına yardım edəcəyini deyib. O, İranın nüvə proqramını dəsətklədiyini və qərbi Tehranı ədalətsiz şəkildə ittiham etdiyni bildirib. Görüşdə İsraili təhlükəli mikrob adlandıran Mahmud Əhmədinecat isə sionizmin dünyada qəddarlıq, işğal, təcavüz daşıyıcısı olduğunu bildirib. «Həmas»-ı birmənalı dəstəklədiyini bəyan edən İran prezidenti Dəməşqdə bu təşkilatın lideri Xalid Meşalla görüşüb. Görüşdə Fələstindəki vəziyyət, milli birlik hökumətinin yaradılması məsələsi və Qəzzanın bərpa prosesi müzakirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar