SON XƏBƏRLƏR

Ərdəbildə Azərbaycanlı tələbə Ehsan Fəridinin ölüm hökmünə etiraz olaraq qraffiti çəkilib

2025.11.07, 12:41
Ərdəbildə Azərbaycanlı tələbə Ehsan Fəridinin ölüm hökmünə etiraz olaraq qraffiti çəkilib

Ərdəbildə 6 noyabr 2025-ci ildə bir qrup vətəndaş cəmiyyəti fəalı Ehsan Fəridinin qeyri-insani ölüm hökmünə etiraz olaraq onu dəstəkləmək üçün qraffiti çəkib.

Gunaz.tv

Çəkilmiş qrafitidə "edama yox!" sözləri yazılıb.

Təbriz Universitetinin istehsalat mühəndisliyi tələbəsi olan Ehsan Fəridi ilk dəfə 8 mart 2024-cü ildə "sistemə qarşı təbliğat" ittihamı ilə həbs edilib və on günlük dindirilmədən sonra girov müqabilində azadlığa buraxılıb.

Bundan sonra o, 18 iyun 2024-cü ildə Təbriz Prokurorluğu tərəfindən yenidən saxlanılıb və həbsxanaya köçürülüb.

Məhkəmə prosesi davam etdiyi bir vaxtda, onun ittihamının adı "sistemə qarşı təbliğat"dan "korrupsiya"ya dəyişdirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar