SON XƏBƏRLƏR

XARİCİ İŞLƏR NAZİRİ: “İRANLA ABŞ-ın DÜŞMƏNÇİLİYİ ƏBƏDİ DEYİL”

2021.10.20, 07:36
XARİCİ İŞLƏR NAZİRİ: “İRANLA ABŞ-ın DÜŞMƏNÇİLİYİ ƏBƏDİ DEYİL”

Gunaz.tv
XARİCİ İŞLƏR NAZİRİ: “İRANLA ABŞ-ın DÜŞMƏNÇİLİYİ ƏBƏDİ DEYİL” Mənuçehr Mottaki Mayın 4-də bir qrup tələbə ilə görüşdən sonra jurnalistlərə açıqlama verən İranın xarici işlər naziri Mənuçehr Mottaki ölkəsinin ABŞ-da həqiqi dəyişiklik müşahidə edəcəyi təqdirdə ona müsbət yanaşacağını bildirib. M.Mottaki deyib: “Biz ABŞ hökumətinin davranış və hərəkətlərini araşdırırıq və həqiqi dəyişiklik müşahidə etsək, onu müsbət qarşılayacağıq”. M.Mottaki ABŞ prezidenti Barak Obamanın siyasətinə də toxunub: “İranla ABŞ arasındakı mövcud vəziyyət və problemlər bu iki ölkənin bir-birinə əbədi düşmən olacağı anlamına gəlməməlidir. Obama açıq-aydın ABŞ-ın keçmiş hökumətlərinin uğursuz siyasətlərini etiraf edir. Əlbəttə, dərdi müəyyənləşdirmək müalicənin yarısı deməkdir. Qalan yarısı isə düzgün dava-dərman və müalicə üsullarından istifadə etməyə aiddir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar