SON XƏBƏRLƏR

GÜL VƏ BAYKAL QARABAĞDAN DANIŞACAQ

2021.10.20, 07:36
GÜL VƏ BAYKAL QARABAĞDAN DANIŞACAQ

Gunaz.tv
Türkiyə prezidenti bu məsələdə ana müxalifətin lideri ilə məsləhətləşəcək Türkiyə prezidenti Abdulla Gül müxalifət lideri Dəniz Baykalı görüşə dəvət edib. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, mayın 4-də prezident katibliyinin əməkdaşları Cümhuriyyət Xalq Partiyasına müraciət edərək A. Gülün daxili və xarici siyasət məsələləri ilə bağlı D. Baykalla məsləhətləşmə aparmaq istədiyini bildiriblər. D. Baykal müraciətə müsbət cavab verib. Bu gün yerli vaxtla saat 18.00-da keçiriləcək görüşdə əsas müzakirə mövzusu Türkiyənin Azərbaycan və Ermənistanla münasibətləri və bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olacaq. Tərəflər Konstitusiya dəyişikliyi, Əfqanıstana əlavə əsgər göndərilməsi, ABŞ qoşunlarının İrqandan çəkilərkən Türkiyə ərazisindən istifadə etməsi və digər aktual məsələlər də müzakirə edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar