SON XƏBƏRLƏR

İRANDA PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN QEYDİYYATA ALINMASINA BAŞLANDI. GÖZLƏNİLMƏZ NAMİZƏDLƏR ORTAYA ÇIXIB

2021.10.20, 07:36
İRANDA PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN QEYDİYYATA ALINMASINA BAŞLANDI. GÖZLƏNİLMƏZ NAMİZƏDLƏR ORTAYA ÇIXIB

Gunaz.tv
Mayın 5-dən İranda növbəti prezident seçkisində namizədliyini irəli sürmək istəyənlərin rəsmi qeydiyyata alınmasına başlanıb. qeydiyyata alınmanın elə ilk günündə ölkənin müxtəlif şəhər və kəndlərindən onlarla adam Daxili İşlər Nazirliyinin seçki qərargahına (namizədlər burda qeydiyyata alınır) müraciət edib. Seçki qərargahına müraciət edənlər sənədlərini təqdim edəndən sonra jurnalistlərə müsahibələr verərək prezident seçiləcəkləri təqdirdə ölkə üçün görəcəkləri işlərdən danışıblar. Namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlər arasında jurnalistlərin ən çox marağına səbəb olan başına panama qoymuş Şəhram adlı gənc olub. Namizədliyini irəli sürməsinin səbəbini jurnalistlərə təsbeh çevirə-çevirə açıqlayan Şəhram prezident seçiləcəyi təqdirdə bir sıra məsələdə hazırkı prezident Mahmud Əhmədinejadla əməkdaşlıq edəcəyini deyib: “Bura gəlib çatana qədər dörd nəfərlə dalaşmışam. Ayağınızın altının torpağıyam. Namizəd olmaq istəməyimin səbəbi barədə təkcə onu deyə bilərəm ki, heç kəs başqasından üstün deyil, insan təkcə əməli ilə başqasından üstün ola bilər. Kasıb təbəqəyə diqqət artırılmalıdır. Mən çalışacam ki, ölkədə yoxsul olmasın. Fars körfəzi də yalnız farsdillilərə məxsusdur. İnşallah ümid edirəm ki, cənab Əhmədinejadla birlikdə Fars körfəzi ilə bağlı bir sıra tədbirlər görəcəyik”. İran Daxili İşlər Nazirliyinin seçki qərargahında prezidentliyə namizədlərin qeydiyyata alınması hər gün səhər saat 8-dən günorta saat 4-ə qədər aparılır. Proses mayın 9-na qədər davam edəcək. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar