SON XƏBƏRLƏR

İran adlanan yerdə 1000 nəfər prezident olmaq istəyir

2021.10.20, 07:36
İran adlanan yerdə 1000 nəfər prezident olmaq istəyir

Gunaz.tv
Namizədlərin rəsmi qeydiyyatına start verilib İran adlanan yerdə prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyatına mayın 5-dən start verilib. Namizədlərin İran adlanan yerin Seçki Komissiyasında qeydiyyatı şənbə gününə kimi davam edəcək. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb. Prezidentliyə namizədlərin rəsmi qeydiyyatı hər gün səhər saat 08:00-dan axşam saat 16:00-dək davam edəcək. Rəsmi məlumatlara əsasən, indiyədək 1000 nəfər internet vasitəsi ilə prezidentliyə namizəd olmaq üçün İranın Mərkəzi Seçki Komissiyasının internet səhifəsində qeydiyyatdan keçib. İranda 2005-ci ildə keçirilən prezident seçkilərində 1014 nəfər rəsmi qeydiyyatdan keçmişdi. İranın Məsləhət Şurası onlardan yalnız 7 nəfərin səlahiyyətini təsdiq etmişdi. İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər sadəcə Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs Ali Dini Rəhbər tərəfindən təsdiqləndikdən sonra status əldə edir. Ali Dini Rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir 2005-ci ilin yayında İran prezidenti seçilən Əhmədinejad hələlik növbəti prezident seçkilərində iştirakı barədə rəsmən bəyanat verməyib. İndiyədək iyunun 12-də ölkədə keçiriləcək prezident seçkilərinə öz namizədliyini İslahatçılar düşərgəsindən Milli Etimad Parliyasının sədri, sabiq spiker Mehdi Kərrubi və sabiq Baş nazir Mirhüseyn Musəvi irəli sürüb. Möhsin Rezayi İranın Məşvərət Şurasının üzvü və Mühafizəkarlar düşərgəsindən olan ilk namizəddir ki, prezident seçkilərində iştirak edəcəyini rəsmi şəkildə bəyan edib. Bu gün İran vaxti ilə 10:15-ə qədər rəsmi olaraq 20 nəfər prezidentliyə namizəd kimi qeydiyyatdan keçib. // Trend

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar