SON XƏBƏRLƏR

Azərbaycanda "nurçu" təhlükəsi

2021.10.20, 07:36
Azərbaycanda "nurçu" təhlükəsi

Gunaz.tv
Azərbaycanda "nurçu" təhlükəsi Aqil Ələsgərli: "ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin açıqlamasına görə, bu gün Fətullah Gülən 25 milyard dollarlıq varidata nəzarət edən bir şəxsdir" Azərbaycanda "nurçuların" yaratdıqları təhlükənin səviyyəsi artır. Gülüstan sarayında keçirilən son tədbirdə xarici ölkələrdən gələn çıxışçıların bu təriqətin lideri Fətullah Gülənin təriflənməsi, tədbirə gələnlərə Fətullah Gülənə həsr olunmuş jurnalların paylanması da bunu göstərir. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz "Yeni Çağ" qəzetinin baş redaktoru Aqil Ələsgərli deyir ki, nurçuların Azərbaycana türkçülüyü, millətçiliyi gətirmələri barədə iddialar əsassızdır. Xarici dövlətlərin, xüsusən Rusiyanın kəşfiyyat orqanlarının açıqladıqları hesabatlarda da göstərilir ki, nurçular türkçülüyü, millətçiliyi yaymırlar. Rəvan Məmmədli Əslində Türkiyə bayrağı altında ABŞ-a rəğbət aşılamağa çalışırlar. Başqa sözlə, ABŞ-ın "soyuq müharibə"dən sonra tətbiq etdiyi "açıq kəşfiyyat sistemini" Azərbaycana gətirirlər. Aqil Ələsgərli bildirdi ki, Fətullah Gülən də bu gün təriqətin başına gətirilmiş birisidir. Sabah Fətullah Gülən gedəcək, yerinə başqasını gətirəcəklər. Yəni ABŞ bir şəbəkə qurub və bu gün həmin şəbəkənin başında Fətullah Gülən var. Bu şəxs Ərzurumda anadan olub. Ərzurumda yaşayanların əksər hissəsi ya türk, ya da kürddür. Fətullah Gülənin milliyyətilə bağlı kifayət qədər ziddiyyətli məqamlar var, türk və kürd olmadığı bəllidir. Bu şəxs heç bir savadı olmadığı halda həmin dövrdə irticanın, dini ekstremizmin əsas simalarından olan Yaşar Tünəgülün vasitəsiylə İzmirdə dini idarədə işə götürülüb. Sonradan dini idarədə müəmmalı şəkildə vəzifəcə yüksəldilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin açıqlamasına görə, bu gün Fətullah Gülən 25 milyard dollarlıq varidata nəzarət edən bir şəxsdir. "Yeni Çağ" qəzetinin baş redaktoru "nurçuların" özlərini dünyaya guya türk-islam ideoloji baxışlarını yayıcıları kimi təqdim etməyə çalışdıqlarını söylədi. Həqiqətdə "nurçular" Məhəmməd peyğəmbərsiz, həqiqi İslamdan kənarda həftəbecər bir din formulu irəli sürürlər. Bunu Vatikanın buddistlər arasında yaymağa çalışdığı mumçuluqla müqayisə etmək olar. Mumçuluq xristianlıq, islam və buddizmdən müəyyən elementləri götürərək formalaşdırıblar. Nəftəbecər din formulunun təbliğatçısı kimi Fətullah Güləni böyük mütəfəkkir, böyük İslam alimi qismində təqdim etməyə çalışırlar. Halbuki o şəxsin orta təhsili belə yoxdur: "ABŞ-ın qurduğu bu şəbəkə, "nurçular" Vatikandan alınan sifarişlərin müsəlman dünyasında tətbiqinə çalışırlar". "Yeni Çağ" qəzetinin baş redaktoru Fətullah Gülənin çıxışlarında xurafatçılığı təbliğ etdiyini dilə gətirdi. Türkiyənin də əhalisinin böyük əksəriyyətinin cahil, savadsız olması onun şöhrət qazanmasını şərtləndirib. Eyni zamanda "nurçular" ayrı-ayrı elm xadimlərini, siyasətçiləri müxtəlif vasitələrlə, bəzilərini pulla ələ alaraq öz tərəflərinə çəkirlər. Bu elm xadimlərinə, siyasətçilərə özləri haqqında müsbət yazılar yazdırırlar. Məsələn, İngiltərədə Fətullah Gülən kürsüsü açıblar və ayrı-ayrı ölkələrdə böyük elm adamlarına pul verərək, Fətullah Gülən haqqında kitab yazdırıblar. Aqil Ələsgərlinin sözlərinə görə, çox təəssüf ki, bu gün Azərbaycanda "nurçular" artıq bütün dövlət qurumlarımızda kifayət qədər yer alıblar. Milli Məclisdə də təmsil olunurlar və hər yerdə ciddi şəkildə fəaliyyət göstərirlər. Aqil Ələsgərli Azərbaycan və Qazaxıstan istisnayla, postsovet ölkələrində nurçuluğun təbliğinin qadağan edildiyini nəzərə çatdırdı. Rusiyada "nurçulara" məxsus 4 dərnək bağlanıb. Özbəkistanda isə prezidentə qarşı sui-qəsd planı "nurçuların" məktəbində təşkil olunub. Elə ilk dəfə "nurçuları" məhz Özbəkistandan qovublar. "Nurçuların" qovulması Türkiyəylə də münasibətləri zədələyib: "Rusiya kəşfiyyatının yaydığı məlumatlarda nurçuların ölkədə ABŞ casusları kimi fəaliyyət göstərdiklərinə dair məlumatların əldə olunduğu yazılır. Bu səbəbdən Rusiyadakı "nurçu" məktəbləri də bağlanıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar