SON XƏBƏRLƏR

Rusiyada "donuz qripi"nə qarşı vaksin tapılıb

2021.10.20, 07:36
Rusiyada "donuz qripi"nə qarşı vaksin tapılıb

Gunaz.tv
Rusiyada "donuz qripi"nə qarşı vaksin tapılıb "Quş qripi"nə qarşı Ural mütəхəssisləri tərəfindən hazırlanmış "Triazavirin" preparatı həmçinin "donuz qripi" kimi tanınan N1N1 virusuna qarşı da istifadə oluna bilər.Bu barədə preparatın yaradıcılarından olan Vladimir Rusinov məlumat verib. Əvvəlcə "Triazavirin" yalnız N5N1 virusuna qarşı istifadə olunub. Lakin laborator müayinələr zamanı preparatın N1N1 A ştamına qarşı da istifadə oluna biləcəyi müəyyən olunub. Bu preparatın Meksikada yayılmış qripə qarşı effektli olub-olmaması hələ məlum deyil. Bir qədər öncə ABŞ hakimiyyəti N1N1 A virusuna qarşı vaksinin yalnız bu ilin payızında hazır olacağını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar