SON XƏBƏRLƏR

"Bu seçki İranda heç nəyi dəyişməyəcək"Musəvi və ya Ələmi prezident olsalar,fars şovinist quluğunda...

2021.10.20, 07:36
"Bu seçki İranda heç nəyi dəyişməyəcək"Musəvi və ya Ələmi prezident olsalar,fars şovinist quluğunda...

Gunaz.tv
"Bu seçki İranda heç nəyi dəyişməyəcək"Musəvi və ya Ələmi prezident olsalar,fars şovinist quluğunda Əli Hacı Ağaevli: "Mirhüseyn Musəvi və ya Əkbər Ələmi prezident olsalar, fars şovinist rejiminə xidmət edəcəklər" İranda prezident seçkilərinə hazırlıq işləri görülür. Artıq bu il iyunun 12-də keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərin adları da məlumdur. Bu, İran tarixində sayca 10-cu prezident seçkisi olacaq. İran əhalisinin yarıdan çoxu Azərbaycan türküdür və prezident seçkilərinə qatılan namizədlərdən ikisi də azərbaycanlıdır. Bunlar sabiq deputat Əkbər Ələmi və keçmiş baş nazir Mirhüseyn Musəvidir. Onu da qeyd edək ki, bu ölkədə hüquqları pozulanlar da məhz azərbaycanlılardır. Bu şəxslərdən biri prezident seçiləcəyi təqdirdə Azərbaycan türklərinin hüquqlarını təmin edəcəkmi? Məsələyə münasibət bildirən hüquqşünas Əli Hacı Ağaevli bunları dedi: "Bu seçki İranda heç bir şeyi dəyişməyəcək. Onsuz da sonda İran vətəndaşlarının mövqeyi yox, dini rəobərin istəyi olur. Qeyd edim ki, İranda prezident seçilmək və bu posta sahib olmaq niyyətində olanların namizədliyi əvvəl müəyyən qurumlar tərəfindən müzakirə olunur və hakim rejimin maraqlarını təmin edənlər qeydiyyatdan keçirilir. Yəni əsas məsələ ali dini rəhbərin də dəstəyi vacibdir". Əli Hacı Ağaevli vurğuladı ki, Mirhüseyn Musəvi və ya Əkbər Ələmi prezident olsalar, fars şovinist rejiminə xidmət edəcəklər. Heç bir azərbaycanlının mövqeyini, nə də haqqını müdafiə etməyəcəklər.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar