SON XƏBƏRLƏR

Azərbaycan ilə Türkiyə arasında bəzi məsələlər dəqiqləşdirilməlidir – xarici işlər nazirinin müavini

2021.10.20, 07:36
Azərbaycan ilə Türkiyə arasında bəzi məsələlər dəqiqləşdirilməlidir – xarici işlər nazirinin müavini

Gunaz.tv
Azərbaycan ilə Türkiyə arasında bəzi məsələlər dəqiqləşdirilməlidir – xarici işlər nazirinin müavini Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Türkiyəyə səfəri zamanı Azərbaycan-Türkiyə münasibətləri müzakirə olunub. "Xarici işlər naziri və onun müavini ilə görüş zamanı aparılan müzakirələr Azərbaycan-Türkiyə münasibətləri, regional problemlər və təhlükəsizlik məsələlərinə həsr olunub", - deyə çərşənbə axşamı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Əzimov bildirib. Əzimov deyib ki, Türkiyə ilə bu kimi görüşlər vaxtaşırı keçirilir Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin müavini dünən Türkiyəyə səfər edib. Əzimov bu ölkənin yeni xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. "Azərbaycan və Türkiyənin regionda maraqları eynidir. Ermənistan bütün qonşu ölkələrin ərazi bütövlüyünü tanımalıdır və işğal olunmuş ərazilərdən qoşunlarını çıxartmalıdır", - deyə Əzimov bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında bəzi məsələlər dəqiqləşdirilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar