SON XƏBƏRLƏR

İRAN PREZİDENTLİYİNƏ NAMİZƏD: “AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ NİYƏ DİQQƏT GÖSTƏRİLMİR?”

2021.10.20, 07:36
İRAN PREZİDENTLİYİNƏ NAMİZƏD: “AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ NİYƏ DİQQƏT GÖSTƏRİLMİR?”

Gunaz.tv
İRAN PREZİDENTLİYİNƏ NAMİZƏD: “AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ NİYƏ DİQQƏT GÖSTƏRİLMİR?” Əkbər Ələmi İran parlamentinin keçmiş deputatı, prezidentliyə namizəd olan Azərbaycan türkü Əkbər Ələmi mayın 3-də Urmiyada tərəfdarları qarşısında seçki platforması barədə açıqlamalar verib. çıxışında inqilabın əsas hədəf və istiqamətindən yayındığını deyən Əkbər Ələmi İranda hakimiyyətin xalqdan olması iddialarını rədd edib: “İranda təslimçi mövqedə olan, əmrə boyun əyənlər hakimiyyət strukturlarında daha rahat yüksələ bilir, yaxşı imkan və şəraitə yiyələnirlər. Dəfələrlə demişəm ki, 200 nəfərdən ibarət hakimiyyət kolleksiyası 70 milyon insanı girov götürüb. Konstitusiyada vilayət-i fəqihin (şəriət aliminin hakimiyyəti) səlahiyyət hüdudları və onun anlamı qeyd olunub. Bir şeyi nəzərə almaq lazımdır ki, mütləq ixtiyara malik olan bu vəzifənin sahibi Allah deyil”. Ə.Ələmi bütün islahatçı, mühafizəkar, sağ və sol qrupların onu boykot etdiyini vurğulayıb: “Vaxtilə Ələminin adı hər gün onların qəzetlərinin manşetində gedirdi. Namizədliyimi irəli sürən kimi hamısı məni boykot edib. Bunlar yalnız hakimiyyəti mənimsəmək istəyən və təkcə öz mənafeyini güdən “külək partiyası”nın üzvləridir. Mən namizədliyimi Təbrizdən irəli sürməklə Məşrutə İnqilabında olduğu kimi həqiqi islahatçılığı Azərbaycandan başlamaq istəyirəm”. Ələmi ölkədə fars olmayan xalqların ana dillərində təhsil almasına qoyulan qadağanı da pisləyib: “Vətəndaşlarının əksəriyyətinin ana dilində təhsil almasına qadağa qoyulan bir ölkədə hansı milli birlik və həmrəylikdən danışmaq olar? Fars olmayan xalqların dil və mədəniyyətinə niyə qiymət verilmir? Azərbaycan mədəniyyətinə və musiqisinə niyə lazımi diqqət göstərilmir? Mən fəxr edirəm ki, deputat olduğum vaxtda da həmişə Azərbaycan xalqının hüquqlarını müdafiə etmişəm. Əlbəttə, buna görə əziyyətlərə də dözmüşəm. Küçələrə axışıb öz etirazını bildirmək doğma dili, kimliyi və mədəniyyəti təhqir olunan xalqın təbii haqqıdır. Etiraz etməyən xalq xalq deyil, kimliyini itirən bir qrup insandır”. Sabiq deputatın iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsi «Bəsic»in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar