SON XƏBƏRLƏR

İRAN PARLAMENTİNİN SƏDRİ AMERİKALILARA: “BU YOLLA DƏYİŞİKLİK ƏLDƏ EDİLMƏZ”

2021.10.20, 07:36
İRAN PARLAMENTİNİN SƏDRİ AMERİKALILARA: “BU YOLLA DƏYİŞİKLİK ƏLDƏ EDİLMƏZ”

Gunaz.tv
İRAN PARLAMENTİNİN SƏDRİ AMERİKALILARA: “BU YOLLA DƏYİŞİKLİK ƏLDƏ EDİLMƏZ” Əli Laricani Parlament sədri Əli Laricani mayın 4-də jurnalistlərə açıqlamasında ABŞ Konqresində İrana benzin satışına embarqo qoyulması ilə bağlı layihənin müzakirəyə çıxarılmasına münasibət bildirib. Laricani xarici siyasətdə ikili standartlı davranış tərzindən istifadənin ABŞ-ın əsas problemi saydığını bəyan edib. “Media forum” saytının məlumatına görə, Laricani deyib: “Amerikalılar İranı benzin satışına embarqo qoyulması ilə təhdid etməsinin cavabını gözləməlidir. Amerikalıların bu kimi təşəbbüsləri onların məntiqsiz davranışlarının davam etməsinin təzahürüdür. ABŞ-da tutulan bu kimi mövqelər bizim üçün yeni deyil. İkili standart davranış tərzindən faydalanmaq ABŞ-ın xarici siyasətinin əsas problemlərindən biri sayılır. Sözsüz ki, bu kimi hərəkətlər qarşılıqlı etimadsızlığın genişlənməsinə səbəb olacaq”. Laricani ABŞ-ın dəyişikliklərlə bağlı vədlərinə də toxunub: “Əgər onlar dəyişiklik yaratmaq istəyirlərsə, bilməlidirlər ki, bu yolla, təbliğat xarakterli hərəkətlərlə dəyişiklik əldə edilməz. Bunun üçün düzgün yol axtarıb tapmaq lazımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar