SON XƏBƏRLƏR

Təbrizli təqaüdçülər yenidən etiraz eyləmi keçirdilər

2025.11.17, 12:29
Təbrizli təqaüdçülər yenidən etiraz eyləmi keçirdilər

Bu gün noyabrın 17-i səhər saatlarınd İran Telekommunikasiya Şirkətinin Təbriz şəhərlərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər.

Gunaz.tv

Bu haqda Azad İşçi Hərəkatı məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz eyləmi tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar