SON XƏBƏRLƏR

Türkiyədə(kürd bölgəsində) toy mərasimində 44 nəfər öldürülüb

2021.10.20, 07:36
Türkiyədə(kürd bölgəsində) toy mərasimində 44 nəfər öldürülüb

Gunaz.tv
Türkiyədə toy mərasimində 44 nəfər öldürülüb Türkiyənin Mardin vilayətinin Cultanşahmuz kəndində toy mərasimində bəy və gəlin də daxil olmaqla 44 nəfər öldürülüb, 3 nəfər isə yaralanıb. Ölənlərdan 16 nəfəri qadındır. Qətlə yetirilənlərin 21-i Çələbi ailəsinin üzvləridir. SNNtürk-ün yaydığı məlumata görə, hadisə dünən axşam saat 21 radələrində kəndin keçmiş muxtarı Cəmil Çədəbinin evində baş verib. Şahidlərin dediyinə görə, nişan və toy yeməyinin ardından kişilər ayrı, qadınlar ayrı olmaqla axşam namazına durublar. Bu zaman 4-5 nəfər silahlı şəxs evi atəşə tutub. 15 dəqiqəlik güllə-borandan sonra kəndin 3 ayrı-ayrı istiqamətlərində keşik çəkən digər şəxslər qətliama qoşulublar. Fürsətdən istifadə edən basqınçılar aradan çıxıblar. Türkiyənin Daxili İşlər Naziri Bəşir Atalay da hadisənin terror aktı olmadığını bildirib. O qeyd edib ki, hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb. Hadisəni törətməkdə şübzəli bilinən 8 nəfər silahları ilə birlikdə həbs edilib. Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan hadisə yerinə gəlib.ria

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar