SON XƏBƏRLƏR

İran yenə hədəfdədir

2021.10.20, 07:36
İran yenə hədəfdədir

Gunaz.tv
İran yenə hədəfdədir İsrail üçün ən böyük təhlükə İrandır. Fələstinlə sülh danışıqlarını dərhal bərpa etməyə hazır olduğunu bəyan edən yeni baş nazir Benyamin Netanyahu İranı yəhudi və ərəblərin birgə düşməni adlandırıb. İtaliyada səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman isə İranı dünyada qeyri-sabitlik yaratmaqda ittiham edib. İranın nüvə fəaliyyəti və beynəlxalq məsələlərdə aktivlk nümaiş etdirməsi İsraili ciddi narahat edir. İki düşmən ölkələrin rəhbərləri bir birlərinin ünvanına kəskin ittihamlar səsləndirir. Rəsmi Təl-Əviv İran təhlükəsini aradan qaldırmaq üçün ərəb dünyasıyla yaxınlaşmağı qarşısına məqsəd qoyub. Ərəb ölkələriylə sülh yaratmaq istədiyini deyən İsrailin baş naziri Benyamin Netanyahu İranı bütün dövlətlər üçün təhlükə adlandırıb. Bundan başqa İsrailin baş naziri Fələstini İsrailin müstəqilliyini tanımağa çağırıb. Avropa turnesi çərçivəsində Romada həmkarı Franko Frattiniylə birgə mətubat konfransı keçirən İsrailin xarici işlər naziri Aviqdor Liberman da İrana qarşı ittihamlar səsləndirib. Yaxın Şərq danışıqlar prosesində radikal mövqeyiylə seçilən Libermanın Avropa səfərində daha bir məqsəd xristianlıq və iudaizm arasında dialoqa təkan verməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar