SON XƏBƏRLƏR

BEYNƏLXALQ BÖHRAN QRUPU AZƏRBAYCANIN XƏRİTƏSİNİ TƏHRİF EDİB

2021.10.20, 07:36
BEYNƏLXALQ BÖHRAN QRUPU AZƏRBAYCANIN XƏRİTƏSİNİ TƏHRİF EDİB

Gunaz.tv
Beynəlxalq Böhran Qrupunun (BBQ) aprelin 14-də yayılmış məruzəsində Türkiyənin və üç Cənubi Qafqaz ölkəsinin xəritəsi verilib. AzərTAc xəbər verir ki, həmin xəritədə bəzi səhvlər və məntiqsizlik elementləri var: “Xəritədə Qazax rayonunun Azərbaycana aid Barxudarlı və Əskipara anklavları və Başkənd erməni anklavı düzgün göstərilsə də, nədənsə Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki anklavı “nəzərdən qaçırılıb”. Bundan başqa, məruzə müəlliflərinin Azərbaycanın Dağlıq Qarabağ vilayətinin konturlarını göstərməsi, eyni zamanda Abxaziyanın, Cənubi Osetiyanın, Acarıstanın, habelə Rusiyanın Şimali Qafqaz muxtariyyətlərinin bu cür “şərəfə” layiq görülməməsi təəccüb doğurur”. Agentlik xatırladır ki, DQMV Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 26 noyabr qərarı ilə ləğv edilib və işğal olunmuş Azərbaycan ərazilərində özünü “respublika” elan etmiş qurumu heç bir dövlət, o cümlədən öz hərbi qüvvələrini həmin ərazidə yerləşdirən Ermənistan tanımayıb: “Aydındır ki, ardıcıllıq prinsipinə uyğun olaraq Gürcüstanın və Rusiya Federasiyasının ərazilərində olan bütün muxtariyyətlər ya bu cür konturlarla fərqləndirilməli, yaxud Dağlıq Qarabağ da daxil olmaqla onların heç birinin konturları göstərilməməlidir”. AzərTAc-ın xüsusi müxbiri Vüqar Seyidov yazır ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində dinc yolla həllinə kömək göstərən Beynəlxalq Böhran Qrupunun səylərini yüksək qiymətləndirən Azərbaycan cəmiyyəti həmin təşkilatı öz məruzəsində dərc olunmuş xəritədəki səhvləri aradan qaldırmağa çağırır. Müəllif yazısına BBQ-nin məruzəsinə daxil edilmiş xəritə, habelə gələcəkdə istifadə edilməli olan xəritənin nümunəsi əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar