SON XƏBƏRLƏR

İSRAİL İRANA HÜCUM TƏLİMLƏRİ KEÇİR

2021.10.20, 07:36
İSRAİL İRANA HÜCUM TƏLİMLƏRİ KEÇİR

Gunaz.tv
İSRAİL İRANA HÜCUM TƏLİMLƏRİ KEÇİR Manevrlərdə Amerikanın quraşdırdığı radar stansiyasindan da iştifadə edilir Barak Obama administrasiyası İranla birbaşa danışıqlara baslamaq istədiyi bir vaxtda İsrail bu ölkəyə qarşı hava hücumlarına hazırlaşır. Fransanın “L`Express” həftəlyinin əldə etdiyi məlumata görə, İsrailin Hərbi Hava Qüvvələri ötən həftə Hibraltar boğazı üzərində İrana hava zərbələri endirmək üçün təlimlər keçib. Təlimlərdə havada təyyarələrə yanacaq doldurulması da sınaqdan keçirilib. Bildirilir ki, İsrail pilotları 3800 kilometr məsafəyə uçuş təlimi keçiblər. Bu, İsraildən İrana qədər olan məsafədir. Qəzetin yazdığına görə, hava qüvvələrinə ABŞ-ın ötən il İsraildə quraşdırdığı ballistik raket əleyhinə güclü “X-BAND” tipli radar stansiyası da dəstək verib. Bildirilir ki, bu təlimlər İsrailin İrana qarşı hava hücumlarına hazırlaşdığını təsdiq edir. İsrail ordusu cəmi iki həftə əvvəl belə təlimlər keçirmişdi və orada üç “Avaks” erkən xəbərdarlıq sisteminə malik təyyarələr də yer almışdı. İsrail ordusundakı yüksək rütbəli mənbə deyib ki, onlar “yaşıl işıq” yandırılacağı halda İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlıq görürlər. Mənbə, əmr verilərsə bu hücumların bir neçə gün, hətta bir neçə saat ərzində başlaya biləcəyini deyib. “Biz bütün səviyyələrdə hazırlıqları davam etdiririk. İrana xəbərdarlıq boş söz deyil”, - deyə, mənbə bildirib. Digər məlumata görə, İsrail İranın mümkün cavab zərbələrinin qarşısını almaq üçün də hazırlıqları gücləndirib. Hava Hücumundan Müdafiə Qüvvələrinin ehtiyatda olan döyüşçüləri hərbi hazırlıqlara cəlb olunub və onlar peşəkarlıqlarını artırmaq üçün hər həftə təlimlər keçirlər. İsrail İranın ballistik raketlərinə qarşı güclü “Hets” və “Petriot” sistemlərinə malikdir. “Jerusalem Post” qəzeti yazır ki, bu sistemləri idarə edən operatorlar hərbi toplanış məntəqələrinə çağrılırlar. Bildirilir ki, qərar İsrailin HHM qüvvələrinin komandanı, briqada generalı Daniel Milo tərəfindən verilib. İsrail HHM qüvvələrinin yüksək rütbəli zabiti deyib ki, onlar İran təhlükəsinə hazır olmaq üçün bütün səyləri göstərirlər. “Biz kütləvi raket hücumu, parçalanan döyüş başlıqları və digər sürprizlərlə qarşılaşa bilərik. Ona görə də ehtiyatda olan hərbçilər də daxil olmaqla bütün şəxsi heyət döyüşə hazır olmalıdır”.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar