SON XƏBƏRLƏR

İran adlanan yerdə seçkinin tərəfləri arasında mübarizə gərginləşir

2021.10.20, 07:36
 İran adlanan yerdə seçkinin tərəfləri arasında mübarizə gərginləşir

Gunaz.tv
İyunun 12-də keçiriləcək prezident seçkisi öncəsində İranda “mühafizəkarlar”la “islahatçılar” arasında gərginlik getdikcə artır. Vəziyyət o həddə çatıb ki, tərəflər 1979-cu il inqilabından sonra görünməmiş addımlara əl atır, birbirləri haqqında təhqiredici ifadələr işlədirlər. Xüsusilə Mir Hüseyin Musəvi və Mehdi Kərrubinin seçkilərdəki mümkün saxtakarlıqları əngəlləmək məqsədi ilə “səslərin mühafizəsi komitəsi” yaratmağa cəhd göstərmələri “mühafizəkarlar” tərəfindən sərt reaksiya ilə qarşılanıb. Qeyd edək ki, Musəvi və Kərrubi bu istəklərini seçkilərin təmiz keçəcəyinə dair şübhələri ilə əlaqələndirirdilər. İkilinin istəklərinə müxtəlif rəsmilər tərəfindən rteaksiyalar göstərilib ki, bunlar arasında ən ciddilərindən biri Ali Dini Rəhbəri Ayətullah Əli Xameneinin mövqeyi olub. Xamenei “İranda indiyə qədər seçkilər sağlam keçirildiyini, amma bəzi dostların seçkilərin sağlam keçirilməsinə şübhə yaratmağa çalışdığını” qeyd edib. Qeyd edək ki, İranda seçkilərə nəzarət “Şurayi Nigəhban” adlı orqan tərəfindən yerinə yetirilir ki, bu orqanın da üzvlərinin hamısı “Mühafizəkar” və hakim qrupun tərəfindədirlər. Bir ay əvvəl Kərrubi bu orqanın başçısı Yəzini Əhmədinejadı təriflədiyiynə görə tənqid etmişdi və bildirmişdi ki, bu orqan öz bitərəfliyini itirib bu səbəbdən seçkilərə nəzarəti mümkün olmayacaq. Hazırkı prezident Mahmud Əhmədinejadın qatı tərəfdarlarından olan Birləşmiş İslam Partiyasının Mərkəzi Şurasının üzvü Höccətülislam Cəfər Seçuni Qəzvin şəhərindəki mitinqdə çıxış edərkən Kərrubi və Musəvini sərt şəkildə tənqid etmiş və onlara seçkilərdə sadəcə “küçə qadınlarının səs verəcəyini” bəyan etmişdir. Həm dövlət orqanlarının seçkilərdə müzakirə mövzusu olması, həm namizədlərdən birinin digərinin tərəfdarlarını ən ağır ifadələrlə təhqir etməsi bu dəfəki seçkilərin öncəkilərdən daha gərgin keçəcəyini göstərir.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar