SON XƏBƏRLƏR

Ter-Petrosyan Sərkisyanın siyasi xəttinə dəstək verdi

2021.10.20, 07:36
Ter-Petrosyan Sərkisyanın siyasi xəttinə dəstək verdi

Gunaz.tv
Türkiyə ilə münasibətlərin düzəlməsini istəyirik! Ter-Petrosyan Sərkisyanın siyasi xəttinə dəstək verdi Ermənistanın ilk prezidenti, hazırda isə müxalifət lideri Levon Ter-Petrosyan Ermənistan hökumətinin Türkiyə ilə münasibətləri normallaşdırma sahəsindəki cəhdlərinin dəstəklədiyini deyib. Xəbəri Türkiyənin «Hürriyyət» qəzeti yayıb. Erməni Beynəlxalq Konqresinin rəhbəri Ter-Petrosyan partiyanın Yerevanda keçirilən və 3 mindən çox şəxsin iştirak etdiyi mitinqində belə deyib. 1991-1998-ci illərdə Ermənistanda rəhbər olmuş və bu gün müxalifət lideri olan Petrosyan «partiyamız Ermənistan-Türkiyə əlaqələrinin ən qısa zamanda düzəlməsinə tərəfdardır və bütün lazımlı addımları dəstəklənməyə hazırdır» deyib. Keçən il prezident seçkilərində qalib gələ bilməyən müxalifət lideri bu il mayın 31-də Yerevanda keçiriləcək mer seçkilərində iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar