SON XƏBƏRLƏR

FACİƏNİN PKK TƏRƏFİNDƏN TÖRƏDİLMƏSİ VERSİYASI HƏQİQƏTƏ YAXINDIR

2021.10.20, 07:36
FACİƏNİN PKK TƏRƏFİNDƏN TÖRƏDİLMƏSİ VERSİYASI HƏQİQƏTƏ YAXINDIR

Gunaz.tv
İqbal Ağazadə: “Kürdlər də hakimiyyətdən bu təşkilatı terrorçu kimi tanımağı tələb etməlidir” Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qırğın törətmiş Fərda Qədirovun kürd olması bu terrorun PKK-nın işi olması barədə ehtimalları artırdı və bu istiqamətdə araşdırmalar başladı. Təkcə mətbuat deyil, istintaq orqanı da bunu Rusiyanın müəyyən dairələrinin dəstəyi ilə PKK-nın törətməsi ehtimalını araşdırır. İstintaqda Fərda Qədirovun bir neçə kürd kökənli şəxslə təmaslarına dair ilkin məlumatlar da var. Hələ bu hadisə baş verən gün məlumatlı bir ekspert qəzetimizə açıqlamasında «bu terrorda hədəf Azərbaycan iqtidarıdır» demişdi: «İqtidara ciddi və son xəbərdarlıq olundu. Beynəlxalq güclərin və konkret halda Rusiyanın bütün oyunlarına baxmayaraq, rəsmi Bakı Türkiyə ilə münasibətlərini qırmadı, son günlər hər iki ölkənin iqtidarları arasında təkrar sıcaqlaşma sürəci başlamışdı, liderlər hər gün telefonla danışırdı. Terror baş verən günün axşamı Türkiyənin baş naziri Tayyib Ərdoğan Bakıya gəlməli idi. Türkiyənin AKP iqtidarının başçısı Bakıda olduqca sıcaq qarşılanma törəninə və uğurlu nəticələrə ümid edirdi. İndi məcburən bu səfər təxirə salınacaq. Türkiyə və Azərbaycanın bir arada olmaması, eyni zamanda Qarabağ probleminin həlli istiqamətində Rusiyanın iradəsindən kənar hər hansı bir təşəbbüsün aradan qaldırılması naminə hər şeyin yapıla biləcəyi mesajı verildi. PKK Türkiyədə və dünyanın hər yerində AKP-yə qarşı savaş açıb"... Ötən ilin sonlarında demokratik qüvvələrin təkidi nəticəsində rəsmi Bakı, nəhayət ki, həvəslənib PKK-nı terror hörgütü elan etmək qərarını vermişdi. Bunu rəsmi Ankara həm xahiş, həm də tələb edirdi. Amma qəfildən proses dayandı, hakimiyyət PKK-nı terrorçu təşkilat kimi tanımaqdan imtina etdi. Bunun səbəbini soruşanda qeyri-rəsmi şəkildə məlumat sızdırıldı ki, PKK Azərbaycanı açıq şəkildə təhdid edir və ölkə böyük təhlükədədir. Ona görə də onları qıcıqlandıran addım atmaq olmaz. Bu terror hörgütü Azərbaycanda dəstəkçiləri olduğu üçün burada indiyədək terror törətməyib və bundan sonra olmayacağı haqda da mesaj verilib. İndi görünən budur ki, PKK Azərbaycanda atəşkəsi pozub. Bütün bu deyilənlərdən dolayı görünür ki, Neft Akademiyasındakı qanlı qətliam əslində bir siyasi terror aktıdır. Bunu isə, belə görünür ki, milliyyətcə kürd olan və 15 ildir Moskvada yaşayan, müxtəlif lagerlərdə atıcılıq təlimi aldığı haqqında iddialar olan Fərda Əsəd oğlu Qədirova yapdırdılar... Bundan sonra PKK-nın terrorçu təşkilat kimi tanınması və onunla ciddi mübarizə aparılması məsələsi gündəmə gəlir. Ötən il bu məsələni qaldıranlardan biri də Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə idi. Onunla əlaqə saxlayıb bu məsələyə yenidən qayıdıb-qayıtmayacaqlarını öyrənməyə çalışdıq. İ.Ağazadə dedi ki, Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıması məsələsi heç zaman gündəmdən çıxmayıb: “Nə qədər ki, PKK Türkiyəni, bölgənu, Azərbaycanı narahat edir, bu məsələ gündəmdən çıxan deyil. Bəllidir ki, bu terror hörgütü türk düşmənidir. Harada türk yaşayırsa, bu düşmənçilik bu və ya digər şəkildə özünü göstərir”. Millət vəkili bildirdi ki, Neft Akademiyasında baş verən hadisənin PKK-nın işi olması barədə ehtimallar həqiqətə yaxındır: “Bundan sonra PKK məsələsi haqda Azərbaycanda yaşayan etnik kürd azlığı da ciddi düşünməlidir. İndiyədək kürdlərə bağlı olan bəzi qəzetlər hətta PKK-nın terrorçu təşkilat deyil, kürdlərin qurumu olduğunu deyib də təbliğatını aparırdılar. Azərbaycanda Öcalanın şəkillərini yaymaq kimi aksiyalara da əl atırdılar. İndi bir daha düşünməlidirlər. Onlar da bir Azərbaycan vətəndaşı kimi üzərlərinə qoyulan vəzifəni yerinə yetirib bu istiqamətdə dövlətçiliyimizə yardım göstərməklə yanaşı həm də sadiq olmağı bacarmalıdırlar. Azərbaycan Konstitusiyası millətindən, dinindən, irqindən asılı olmayaraq hər kəsin hüququnu tanıyır. Hər kəs də Azərbaycan dövlətinin haqqını tanımalıdır. Ona görə də PKK məsələsində bizdən daha sərt münasibəti burada yaşayan kürdlər bildirməlidirlər. Onların sayı həddən artıq az olsa da, tam bərabər hüquqla yaşayırlar, hətta aralarında vəzifədə olanlar, biznes adamları da var. Onlar Azərbaycan dövlətçiliyi üçün PKK-nın terrorçu təşkilat kimi tanınmasında bir addım öndə olmalıdırlar. Mən çox istərdim ki, mətbuat bu məsələ ilə əlaqədar onların özünün mövqeyini alsın, özlərini danışdırsınlar. Kürdlər də Azərbaycan hakimiyyətindən, parlamentindən PKK-nı terrorçu təşkilat kimi tanımağı tələb etməlidirlər”. Maqsud MAHRIZLI musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar