SON XƏBƏRLƏR

Türk dünyasının və Urmiya aşıq musiqi məktəbinin görkəmli simalarından biri olan Aşıq Dehqan vəfat edib

2025.11.24, 12:55
Türk dünyasının və Urmiya aşıq musiqi məktəbinin görkəmli simalarından biri olan Aşıq Dehqan vəfat edib

Türk dünyasının və Urmiya aşıq məktəbinin ən görkəmli aşıq musiqi ustalarından biri olan Aşıq Məhəmməd Hüseyn Dehqan vəfat etdi.

Gunaz.tv

Bu böyük sənətkarın dəfn mərasimi Urmiyadakı Rizvan bağında mədəniyyət və incəsənət adamlarının, xüsusən də aşıq musiqisi sənətçilərinin iştirakı ilə baş tutub.

Mərhum Aşıq Dərviş, Aşıq Dehqan və Aşıq Yusif Urmiya məktəbində aşıq musiqisinin ən görkəmli simalarından hesab olunurlar. Aşıq Dehqan təkcə Qərbi Azərbaycanda deyil, həm də Türkiyə və Quzey Azərbaycanda aşıq musiqisində nüfuzlu və tanınmış bir sima idi.

Qeyd edək ki, Aşıq Dehqan özündən sonra bir çox bacarıqlı aşıqlar yetişdirib. Aşıq Bulud Səid və Aşıq Əli Kərimi Aşıq Dehqanın yetişdirdiyi aşıqlardırlar.

Aşıq Dehqan Urmiyanın Bəkişli rayonunun İydir kəndində anadan olub və 12-13 yaşından bu sənətə üz tutub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar