SON XƏBƏRLƏR

Tələbələrin və Universitet Rəsmilərinin İştirakı ilə Urmu Gölü Performans Sənəti

2025.11.24, 13:38
Tələbələrin və Universitet Rəsmilərinin İştirakı ilə Urmu Gölü Performans Sənəti

Urmu Gölü Performans Sənəti 18 noyabr 2025-ci il tarixində Nazlu kampusunda yerləşən Urmiya Universitetinin mərkəzi restoranının qarşısında keçirilib.

Gunaz.tv

Tədbirdə tələbələr və universitet rəsmiləri əllərini mavi boyaya batıraraq parçaya çəkiblər, bununla onlar Urmu Gölünün bərpasında mədəni və sosial iştiraklarını nümayiş etdiriblər.

Qeyd etmək lazımdır ki, son yağışlardan sonra Urmiya Gölünün dərc olunmuş şəkilləri onun bəzi yerlərində dayaz su təbəqəsinin toplandığını göstərir və bu, bir daha gölün bərpası üçün ümüdləri artırır.

Lakin təbiət az yağışla gölə həyat əlamətləri gətirsə də, İran hökuməti Urmunu dirçəltmək üçün heç bir təsirli addım atmayıb və vədləri illərdir kağız üzərində qalıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar