SON XƏBƏRLƏR

Manuçöhr Mottəki Roksana Saberinin məsələsinin “ədalətlə” nəzərdən keçiriləcəyinə söz verib

2021.10.20, 07:36
Manuçöhr Mottəki Roksana Saberinin məsələsinin “ədalətlə” nəzərdən keçiriləcəyinə söz verib

Gunaz.tv
Manuçöhr Mottəki Roksana Saberinin məsələsinin “ədalətlə” nəzərdən keçiriləcəyinə söz verib Mayın 3-də İran adlanan yerin xarici işlər naziri Manuçöhr Mottəki Tehranda səfərdə olan Yaponiyanın xarici işlər naziri Hirofumu Nakasona deyib ki, həbsdə olan amerikalı jurnalist Roksana Saberi məsələsinə yenidən baxılacaq. www.D-A-K.org –a daxil olan məlumata görə, o, Roksana Saberinin məsələsinin “ədalətlə” nəzərdən keçiriləcəyinə söz verib. Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Hirofumu Nakason İran adlanan yerə mayın 3-də səfər edib. Səfərin məqsədi siyasi və iqtisadi danışıqlar aparmaq olub. Səfər zamanı Yaponiya xarici işlər naziri bildirib ki, onun ölkəsi Roksana Saberi məsələsini narahatlıqla izləyib. Xatırladaq ki, Roksana Saberi Amerikaya casusluq etməkdə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun atası iranlı, anası isə yapondur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar