SON XƏBƏRLƏR

Ruminiyada yaşayan Türklər Ərdoğana müraciət edib: «Azərbaycana gedin»

2021.10.20, 07:36
Ruminiyada yaşayan Türklər Ərdoğana müraciət edib: «Azərbaycana gedin»

Gunaz.tv
Ruminiyada yaşayan Türklər Ərdoğana müraciət edib: «Azərbaycana gedin» Azərbaycanın Rumıniyadakı səfirliyindən “Media forum”a verilən məlumata görə, Buxarestdəki türksoylu toplum Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ehtimalına yönəlik geniş tədbir keçirib. Tədbirdə Rumıniyada yaşayan 110 minlik türk toplumu adından Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğana müracət qəbul olunub. «Dünya türk iş adamları Avropa və Balkanlar regionl komitəsi»nin və «Rumıniya-Türkiyə Sənaye və Ticarət Palatası»nın sədri, nüfuzlu iş adamı Tamer Atalayın imzaladığı müraciətdə deyilir: «Ana vətənimiz Türkiyənin, qardaş Azərbaycanın və dünya mətbuatının səhifələrində, televiziya kanallarının proqramlarında sıx-sıx dilə gətirilən Türkiyə ilə Ermənistanın sərhəd qapılarının açılması mövzusu bir millət, iki dövlət münasibətində olduğumuz qardaş Azərbaycanın toplum olaraq duyğusal təpkilərinə və üzüntülərinə gətirib. Bu, Rumıniyada yaşayan bütün türk toplumuzun, bir ailə kimi yaşayan türklərin, azərbaycanlıların, tatarların üzüntüsünə səbəb olub». Türkiyə ilə Azərbaycanın bütün tarix boyu hər zaman və bu gün də dost və qardaş xalqlar kimi yaşadığını önə çəkən Tamer Atalay Türkiyənin Ermənistanla sərhəd qapılarını açmaq mövzusunda polemika aparmasını anlamaqda çətinlik çəkdiyini, əvvəlki iqtidarların yanlış siyasəti nəticəsində qardaş Özbəkistanla hələ da qapanmayan yara açıldığını vurğulayaraq bu yanlış siyasətin davam edəcəyi təqdirdə Azərbaycanın itiriləcəyini və bu itkinin Türkiyə üçün bütün türk dünyasını itirmək qədər ağır olacağını əsaslandırır: «Sayın başbakan, sizlərdən xahişimiz budur ki, ən qısa zamanda Azərbaycana gedib heç bir baskının və heç bir qüvvənin Azərbaycanın Qarabağ problemi həll edilmədən o qapını Türkiyəyə açdırmaq zorunda olmadığını bütün dünyaya bəyan edəsiniz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar