SON XƏBƏRLƏR

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağı ilə bağlı ümümi sözlər kifayət deyil. MÜSAHİBƏ

2021.10.20, 07:36
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağı ilə bağlı ümümi sözlər kifayət deyil. MÜSAHİBƏ

Gunaz.tv
Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov hesab edir ki, həm tərəflərin, həm də vasitəçilərin dəqiq iş görmələri lazımdır Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın vasitəçi missiyasının keçmiş rəhbəri və ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov ANS PRESS-ə eksklüziv müsahibə verib. -Yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında hansısa nəticə gözləmək olarmı? -Əhəmiyyətli irəliləyiş gözləmirəm, amma istərdim ki, yanılım. Hesab edirəm ki, sadəcə prosedur qaydalarında yox, həm də mahiyyətcə bəzi irəliləyişlər ola bilər. Amma ciddi dəyişiklik üçün hələ vaxt lazımdır. -ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusilə də, amerikalı həmsədr Metyu Brayza bildirirlər ki, münaqişənin həll olunmasında son 10 il ərzində ilk dəfə irəliləyiş əldə olunub. Necə fikirləşirsiniz, bu nə nailiyyətdir və bu nikbinliyə əsas varmı? -Nikbinlik barədə mən artıq öz fikrimi bildirdim. Əsas odur ki, 15 ildir ki, (12 may 1994) atəşkəs rejimi əsasən saxlanılır. Çox az adam bilir ki, 1992 -94-cü illərin digər müvəqqəti atəşkəs sazişlərindən fərqli olaraq, bu rejim münaqişə tərəflərinin razılığı ilə mənim tərəfimdən möhlətsiz olaraq qanuniləşdirilib. Müharibənin dəşhətini bilməyən, amma onun nəticəsində kifayət qədər iztirab çəkən nəsil yetişib. Son 10 ildə münaqişənin həll olunmasındakı irəliləyişə gəlincə bu nisbi məsələdir. Tərəflər vasitəçilərin bir çox təkliflərini rədd ediblər. Buna görə də, danışıqlar prosesi bir neçə gərəksiz fazalardan keçib, (məsələn Praqa prosesi və başqaları) və hələ də silahlı münaqişənin sona çatması ilə bağlı razılığa- hüquqi sənədə gətirib çıxarmayıb. 1997–ci ilədək belə razılıq üzərində iş gedirdi. Əgər baza prinsipləri razılaşdırılarsa, onda bu dolaşıq vəziyyət nəhayət ki sona çatacaq. -Sizcə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının aktivləşməsində ABŞ-ın yeni adminstrasiyasının rolu nədən ibarətdir? -İnanmaq istərdim ki, Vaşinqton yeni hərbi əməliyyatların baş verməsinin qarşısını almaqda daha çox inadlı olacaq. İndi münaqişənin sülh yolu ilə həll olunacağı ilə bağlı ümümi sözlər kifayət deyil. ATƏT və həmsədrlər üzərlərinə götürdükləri missiyanı, münaqişənin sülh yolu ilə həll olunmasını qətiyyətlə və ardıcıllıqdla müdafiə etməlidirlər. Moskva bəyannaməsindən sonra həm tərəflərin, həm də vasitəçilərin dəqiq iş görmələri lazımdır. -Vasitəçilərin sayının artması danışıqlar prosesini sürətləndirə bilərmi? Məsələn, Türkiyə bir müdətdir ki, regionda diplomatik səylərini aktivləşdirib. -İşin uğuru vasitəçilərin sayından yox, ilk növbədə tərəflərin özündən asılıdır. Doqquz vasitəçi ilə işləməyin nə qədər çətin olduğunu Minsk qrupunun təcrübəsi göstərdi. Buna görə də ATƏT-in Budapeşt sammiti bu danışıqları həmsədrlərə həvalə etdi. Qarabağda atəşkəsin əldə olunması bu doqquz vasitəçi tərəfindən yox, məhz bir ölkə tərəfindən əldə olunub. Türkiyə regionda vacib rol oynayır, amma XX əsrin 90 – cı illərində vasitəçilər üçün vacib olan bitərəf mövqe göstərə bilmədi. Ermənistanla münasibətləri normallaşdırandan sonra bunun mümkün olacağını demək çətindir. Axı vasitəçilik üçün bütün tərəflərin, xüsusilə münaqişə tərəflərinin razılığı lazımdır. -Qoşunların təmas xəttində keçirilən monitorinqləri necə qiymərləndirirsiniz? Daim atəşkəsin pozulmasını və ölüm hallarının artmasını nəzərə alsaq, bu müşahidənin hansısa üstünlüyə malik olduğunu hesab edirsinizmi? -Səfir Kasprşkin komandasına hörmət etməyimə baxmayaraq, monitorinqin keçirilmə sisteminin obyektivliyi olduqca məhduddur. Burda monitorinq keçirilə, amma o biri tərəfdə atəş açıla bilər. Və yuxud da monitorinqdən sonra atəş aça bilərlər. Təmas xəttində bitərəf qüvvələrdən, müşahidəçilərdən və hətta bəsit atəşkəs tələbindən imtina edən, əlavə olaraq atəşkəs rejimini saxlamaq üçün təmkinlik və məsuliyyət nümayiş etdirməyi öz üzərinə görürüb. Bundan əlavə, 4 fevral 1995–ci ildə hər iki tərəf atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı müqavilə imzalayıb, amma bu, çoxdan yerinə yetirilmir. Nəzərə alın ki, demək olar ki, hər gün xəbərlər çıxır ki, qarşı tərəf bir neçə istiqamətdə atəş açıb. Yəni, guya ki, bununla narahatdırlar. Nəyə görəsə, artıq neçə ildir ki, vəziyyəti düzəltmək üçün heç bir təklif irəli sürülmür. Bunu məntiq tələb edir. Müxtəlif tərəflər dəfələrlə açıq şəkildə 1995-ci il müqaviləsinin yerinə yetirilməsini təklif ediblər. Amma bəziləri bu məsələ ilə bağlı susur. Bəlkə də, bu münaqişə kiməsə lazımdır? Son vacib ştrix- Minsk qrupu həmsədrlərinin bütün snayperləri təmas xəttindən uzaqlaşdırmaq təklifinin rəddidir. Axı onlar optik nişanla təbiəti seyr eləmirlər. Nişanlanmış atəç açırlar ki, bu da hər iki sənədin pozulması deməkdir. 1994-cü il atəşkəslə bağlı sənəddə snayperlərlə bağlı çıxarış yoxdur.( yəni atəş açmağı dayandırsınlar, amma snayperlərdən atəş açmaq olar). Həmçinin, cəmiyyətə snayperlərlə bağlı informasiya verilmir, elə bil ki yoxdurlar. ATƏT iearxiyalarının etinasızlığı təəcüb doğurur. Onlar hətta 1995-ci il Qarabağla bağlı müqaviləni yerinə yetirmirlər. Kəskin bir sual ortaya çıxır, hazırda üzərində iş aparılan baza prinsipləri haqqında müqavilə yerinə yetiriləcəkmi? Onun bütün gələcək iştirakçılarına inanmaq olarmı? Kəmalə Ramazanova /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar