SON XƏBƏRLƏR

Avropanın iqtisadi perspektivlərinə dair bədbin proqnoz

2021.10.20, 07:36
Avropanın iqtisadi perspektivlərinə dair bədbin proqnoz

Gunaz.tv
Avropanın iqtisadi perspektivlərinə dair bədbin proqnoz Avropa İttifaqının yenicə dərc etdiyi iqtisadi proqnozlar göstərir ki, ilin əvvəlindən Avropa iqtisadiyyatlarının perspektivləri daha da bədbinləşib. Məlumat Avropa ölkələrinin maliyyə vəziyyətinin pisləşdiyini göz önünə çıxarır. Yanvar ayında Aİ-nın icraçı qanadı olan Avropa Komissiyası avro ilə işləyən iqtisadiyyatların il ərzində 2 faiz azalacağını proqnozlaşdırmışdı. Gələn il iqtisadi artımın cüzi də olsa qeydə alınacağı gözlənilirdi. Elə o zaman, bu öncəgörmələr heç də ürəkaçan səslənmirdilər. Amma indiki rəqəmlərə baxanda, o zamankıları həddən-ziyadə nikbin adlandırmaq olar. Komissiya avrozonada iqtisadiyyatın bu il 4 faiz azalacağını proqnozlaşdırır. Gələn il iqtisadi artımın baş verəcəyi gözlənilmir. Belə görünür ki, statistiklər qlobal ticarətin azalması miqyasını düzgün dəyərləndirməyiblər. Bu o deməkdir ki, Almaniya kimi ixracdan asılı avrozona ölkələri bir neçə ay əvvəlki təxminlərlə müqayisədə indi daha pis vəziyyətdədirlər. Komissiyadan alınan başqa məlumatlar göstərir ki, çox az sayda avrozona ölkəsi, avroya üzvlüyün ən əsas qaydasına əməl etməkdədir. Təhlilçilər deyirlər ki, yalnız Finlandiya, Lüksemburq və Kipr öz büdcə defisitlərini, tələb edildiyi kimi milli gəlirlərinin üç faizi çərçivəsində saxlaya biləcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar