SON XƏBƏRLƏR

Ramin Musazadə girov müqabilində Xoy həbsxanasından azad edilib

2025.11.27, 13:31
Ramin Musazadə girov müqabilində Xoy həbsxanasından azad edilib

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində yaşayan vətəndaş fəalı Ramin Musazadə bir neçə gün dindirildikdən sonra girov müqabilində azad edilib.

Gunaz.tv

Ramin Musazadə incəsənət tarixi üzrə magistr dərəcəsinə malikdir və hazırda "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "ictimai asayişi pozmaq" ittihamları ilə mühakimə olunur.

Onun 500 milyon tümən girov qarşılığında müvəqqəti azad edildiyi bildirilir.

İşin təfərrüatları barədə hələki ətraflı məlumat verilməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar