SON XƏBƏRLƏR

Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edəcək

2021.10.20, 07:36
Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edəcək

Gunaz.tv
Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edəcək Müsavat Partiyası Məclisinin mayın 2-də keçirilən toplantısında bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edilib. Bu barədə RİA-ya partiyanın mətbuat xidmətindən məlumta verilib. Məlumata görə, toplantıda regionda və ölkədəki ictimai-siyasi vəziyyət, bələdiyyə seçkiləri ilə bağlı partiyanın mövqeyinin müəyyənləşdirilməsi, o cümlədən cari məsələlər müzakirə edilib. Toplantıda çıxış edən Müsavat başqanı İsa Qəmbər bələdiyyə seçkilərində iştirakın tərəfjarı olduğunu bildirib. “Müsavat Partiyası bu il keçiriləcək bələdiyyə seçkisində ciddi şəkildə iştirak etməlidir. Bu seçkinin ölkədə ciddi ictimai-siyasi prosesə çevrilməsini bacarmalıyıq. Biz bələdiyyə seçkisində vahid siyahı ilə iştirak etməliyk. Belə olan təqdirdə bölgələrdə partiyanın namizədlərinin təbliğatı ilə məşğul olmaq mümkün olacaq. Seçkiyə blok şəkilində getməyimiz və bu prosesdə vətəndaş cəmiyyətinin cəlb olunması isə müzakirə olunmalıdır”, - deyə başqan bildirib. Məclis üzvləri İsa Qəmbərin təklifini müsbət dəyərləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar