SON XƏBƏRLƏR

Türkiyə hökuməti Ermənistanla münasibətlərin normallaşdırılması prosesində diqqətli olmalıdır

2021.10.20, 07:36
Türkiyə hökuməti Ermənistanla münasibətlərin normallaşdırılması prosesində diqqətli olmalıdır

Gunaz.tv
MHP lideri Dövlət Baxçalı belə deyib "Türkiyə hökuməti Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesində çox diqqətli olmalıdır". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin "Axşam" qəzetinə müsahibəsində Milliyətçi Hərakat Partiyasının lideri Dövlət Baxçalı deyib. Müsahibəsində Baxçalı hökumətin Ermənistan siyasətini tənqid edib. “Ermənistan bizim dövlət sərhədlərimizi tanımır, Ağrı dağını ölkəsinin rəmzi kimi müəyyənləşdirib və hələ də Türkiyə torpaqlarının bir qismini Qərbi Ermənistanın olduğunu iddia edir". Baxçalı Dağlıq Qarabağın işğal edilməsindən sonra-1993-cü ildə sərhədlərin bağlandığını xatırladıb. "Nizamlanma prosesində irəliyə doğru heç bir addım atılmamışkən, Ermənistan iddialarından əl çəkməmişkən niyə indi sərhədlərin açılması gündəmə gəlib?. Alican sərhəd qapısının açılması böyük səhv olardı". MHP lideri danışıqlar müddətinin fürsət olaraq dəyərlədirilə biləcəyini və Ermənistanın iddiaları ilə bağlı geri addım atması üçün beynəlxalq diplomatiya prinsipləri işlənə biləcəyini bildirib. Baxçalı münaqişənin savaş, müharibə olmadan həll edilməli olduğunu da qeyd edib. Azərbaycan Türkiyə münasibətlərinin önəminə diqqət çəkən müxalifət lideri əlaqələrin zədələnməsinin Orta Asiya ilə Türkiyə arasında olan bağın qopması mənasına gəldiyini deyib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar