SON XƏBƏRLƏR

Azərbaycan öğrənci günü !

2021.10.20, 07:36
Azərbaycan öğrənci günü !

Gunaz.tv
Güney azərbaycanlıların üç il öncə apardıqları müzakirələr nəticəsində, May ayının 9-u ( ordibeheşt ayının 19-u) “ Azərbaycan Öğrənci Günü” kimi qəbul edildi. Güney Azərbaycanda aparılan “Milli Hərəkat” bağlamında, bu ay içindəki etkinliklər göz önünə alınaraq bugünün seçilməsi heçdə təsadüfi deyildi. Çünki may ayında hərəkatımızda baş verən müsbət hadisələr unudulmuyacaq qədər təsirli olmuşdur “Qaraçuxa” ünvnını almışdır. Xatirimdə qaldığına görə, bu günün seçilməsindən az müddət sonra Cənubi Azərbaycanda çağımızın ən möhtəşəm dirçəlişi olan 22 may ayaqlqanması baş versədə, öncəki müzakirələrdə illər öncə Təbrizdəki oğrənci dirənişləridə diqqət mərkəzindəydi. Şumali Azərbaycanda 1918- də qurulan demokratik “Azərbaycan xalq cumhuriyətinin” də may ayına tuş gəlməsi, insanın daxilində sevinc hislərini körükləyir və bu aya baxış zaviyəsində böyük başarılar duygusu yaradır. Bu gün “Azərbaycan Milli Hərəkatının” əsas aparıcı quvvəssi sayılan gənclərimizi, özəlliklə öğrəncilərimizi ürəyimin dərinliklərindən gələn sevgilərlə təbrik etməklə yanaşı, geçən illər ortaya atdığım bəzi təklifləri yeniləməkdə fayda görürəm. Çünki, dünya azərbaycanlılarının hər hansı bir ölkədə yaşamasından asılı olmuyaraq əlamətdar günləri birlikdə qutlaması, mənəvi birliyimizin güclənməsi ilə nəticələnər. Özəlliklə siyasi mahiyət daşımıyan ən-ənələr, Azərbaycan cumhuriyətinin xaricində yaşayan azərbaycanlılar üçün də bir probləm yaradmaz düşüncəsindəyəm. “Azərbaycan Öğrənci Gününün” birlikdə qutlanması, millətimiz üçün bir güc qaynağı, inam dalqası və güvən nişanəsi ola bilər. Özəlliklə Borçalı və Güney Azərbaycandakı durumu nəzərdə alaraq bu günə siyasi don giydirmədən, ancaq milli-mədəni bir törən və şölən kimi təzahür etməsi daha müsbət nəticələr sağlıya bilər. Bu təklifləri aşağıdakı kimi sıralamaq mümkündür. 1- Şumali Azərbaycan cumhuriyəti və Borçalıda da, yuxarıda qey etdiyim bugün “ Azərbaycan Öğrənci Günü” kimi qəbul edilərək qeyd edilsin. 2- Azərbaycanın, özəlliklə Güney Azərbaycanın təkcə biliyudlarında (universitələrində) deyil, orta məktəblərində də bugünün bayram edilməsinə çalışılsın. 3- Şumali Azərbaycan cumhuriyətində hər il may ayının 25-də geçirilən “son zəng” şənlikləri May ayının 9-a çəkilərək ümum milli törən halinə gəlsin. 4- Güney azərbaycanlı tələbələrimizin, bu günün gözəlliklərini tanıması və eyni etkinliklərə qoşulması üçün şumallı tələbələrimizin o günkü dəyərlərdən filimlər hazıralyıb GünAz Tv-dən yaymaları qucaq dolu alqışa layiqdir. Millətimizin ümid qaynağı olan gənclərimizi bir daha təbrik edərək, sizlərə gözəl gələcək, üstün başarı, bolluq və azadlıq arzulayıram. Yad ellərin qamçıları altında, dilinizdə qıfıl, qollarızda qandal, ayaqlarızda zəncir, bizlərin çəkdiyi acıları çəkmədən, insan kimi yaşamağız, ən böyük arzumdur. Sizin simanızda” gələcək bizimdir”. Hörmətlərimlə : Böyük Rəsuloğıu 01.05.2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar