SON XƏBƏRLƏR

İran terrorçuluğun aktiv sponsorudur

2021.10.20, 07:36
İran terrorçuluğun aktiv sponsorudur

Gunaz.tv
ABŞ Dövlət Departamenti beynəlxalq terrorçuluqla bağlı illik hesabatını açıqlayıb ABŞ Dövlət Departamenti dünyada terrorçuluqla bağlı illik hesabatını açıqlayıb. Sənəddə İran növbəti dəfə "terrorçuluğun aktiv sponsoru" adlandırılıb. Belə ki, fars şovinist rejiminin "Orta Asiya və Yaxın Şərqdə terror fəaliyyətinin maliyyələşdirilməsi və planlaşdırılması" rolu qeyd edilir. ABŞ prezidenti Barak Obama martın sonunda düşmənçilik və etimadsızlıq münasibətlərinə son qoymağa çağırsa da, yeni hesabat Vaşinqtonun bir il əvvəl olduğu kimi İranı düşmən olaraq qəbul etdiyini göstərir. Sənəddə göstərilir ki, İran Livan, İraq, Əfqanıstan və Fələstin Muxtariyyatı ərazisindəki hadisələrə müdaxilə edir. Rəsmi Vaşinqton hesab edir ki, belə bir fəaliyyət sülh prosesinə mane olur, eləcə də Kəngər körfəzi regionunda iqtisadi stabilliyə təhlükədir.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar