SON XƏBƏRLƏR

KREML TÜRKİYƏ-ERMƏNİSTAN BARIŞINI POZA BİLƏR

2021.10.20, 07:36
KREML TÜRKİYƏ-ERMƏNİSTAN BARIŞINI POZA BİLƏR

Gunaz.tv
KREML TÜRKİYƏ-ERMƏNİSTAN BARIŞINI POZA BİLƏR Ərdoğanın Moskvaya səfər tarixi məlum oldu, lakin onun Bakıya nə zaman gələcəyi bilinmir Türkiyənin Ermənistanla münasibətlər qurmaq yönündə atdığı addımlar şahmat oyununu xatırladır. Bu oyunda Amerika, Ermənistan, Rusiya və Türkiyə yer alır. Britaniyanın nüfuzlu «The Econimist» həftəliyi belə yazıb. Məqalədə deyilir ki, bu oyunda bütün oyunçuların qazanmaq şansı var: «Əgər Türkiyə və Ermənistan arasında barış əldə edilərsə, o zaman bu, dondurulmuş Dağlıq Qarabağ münaqişəsinə də təsir edə bilər». Lakin həftəlik qeyd edir ki, Türkiyənin Ermənistanla barış əldə etməsinə və sərhədlərini açmasına iki əsas maneə var. Bu maneələrdən biri Azərbaycandır. «Azərbaycan üzünü Moskvaya çevirmək və Türkiyəyə satdığı qazın qiymətlərini artırmaq haqda təhdidlərə əl atır. Nəticədə baş nazir Rəcəb Tayyib Ərdoğan bəyanat verməli olur ki, Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşmasa Türkiyə də Ermənistanla barış əldə edə bilməz. Lakin gələn xəbərlərə nəzər salsaq Türkiyənin Ermənistanla razılaşdırdığı »yol xəritəsi"ndə Dağlıq Qarabağdan heç bəhs edilmir". «The Econimist»ə görə, Türkiyənin Ermənistanla barışmasına Rusiya da əngəl ola bilər. Belə ki, Ermənistan Rusiyanın hərbi bazalara malik olduğu, NATO üzvü Türkiyə ilə quru sərhədlərinə malik tək müttəfiqidir. «Türkiyə ilə münasibətlərin normallaşması sayəsində Ermənistan üzünü Qərbə çevirə və Rusiyadan tədricən uzaqlaşa bilər. Eyni zamanda, Rusiya Azərbaycan qazını almaq üçün müqavilə bağlamağa hazırlaşır. Bu baş versə, Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutan «Nabucco» layihəsi şübhə altında qala bilər. Nəticədə Avropa enerji baxımından Rusiyadan asılı olaraq qalardı». Türkiyə hökuməti isə Ermənistanla münasibətləri və sərhədlərin açılmasını Rusiya ilə razılaşdırmağa çalışır. Artıq baş nazir Ərdoğanın Rusiyaya may ayında gözlənilən səfərinin vaxtı dəqiqləşib. «Milliyet» qəzetinin xəbərinə görə, Ərdoğan Rusiyanın baş naziri Vladimir Putinlə mayın 15-də Soçidə bir araya gəlməsi gözlənilir. Onların görüşündə «Mavi axın-2» qaz kəməri layihəsi, Ermənistanla münasibətlər və Qarabağ münaqişəsi müzakirə olunacaq. Ərdoğanın Rusiyaya səfəri haqda Ermənistan və Rusiya KİV-ləri xəbərlər yayırdı. Ancaq bu günə qədər rəsmi Ankara bu səfərin olacağını təsdiq etmir. «Miliyət» qəzeti isə yazıb ki, bu səfərin vaxtı artıq razılaşdırılıb. Bildirilir ki, Rusiya ABŞ-ın Cənubi Qafqaz regionundan uzaqlaşdırmaq üçün Türkiyəni öz tərəfinə çəkmək istəyir, lakin İrəvan-Ankara münasibətlərini də diqqətlə izləyir və nəzarətdə saxlayır. Gözlənilir ki, Ərdoğan Putindən Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təsir göstərməyi xahiş edəcək. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar