SON XƏBƏRLƏR

İran teokratik dövlətdir

2021.10.20, 07:36
İran teokratik dövlətdir

Gunaz.tv
Xaləddin İbrahimli: "Orada milli kimlik məsələsi heç nəyi həll etmir" İyunun 12-də İranda prezident seçkiləridir. Artıq bir neçə vaxtdır ki, namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Namizədlər arasında milli mənşəcə iki azərbaycanlının olması nəyi dəyişəcək? Məsələni şərh edən politoloq Xaləddin İbrahimli prezident seçkilərinin xalqa heç bir şey verməyəcəyinə dair əminliyini ifadə edib: "Prezident seçkiləri ölkədə heç nəyi dəyişməyəcək. Çünki prezidentin milli kimliyi fars şovinist rejimi üçün heç bir əhəmiyyətə malik deyil. İranda əsas olan dini hakimiyyətin sərgilədiyi mövqedir. Turqut Çünki İran teokratik rejimdir. Əgər milli kimlik məsələsi nəyisə dəyişmək iqtidarına malik olsaydı, o zaman ali dini rəhbər Seyid Əli Xamneyi nəyisə dəyişərdi. Ən azından Azərbaycan türk dilinin tədris statusu almasına nail olardı. Amma o, heç nə etmir. Deməli, milli kimlik heç bir rol oynamır". Politoloq onu da vurğulayıb ki, İranda sovet siyasi ideologiyasına bənzər ideologiya mövcuddur: "Yəni eyni dil, eyni mədəniyyət, eyni siyasi şüur və s. Hansısa irəliləyişə nail olmaq üçün siyasi rejim dəyişməlidir ki, bu da hələlik real görünmür".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar