SON XƏBƏRLƏR

Kremlin "yol xəritəsi" sürprizi

2021.10.20, 07:36
Kremlin "yol xəritəsi" sürprizi

Gunaz.tv
Kremlin "yol xəritəsi" sürprizi "Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sərhədin açılması və diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan "yol xəritəsi" bütün dünya erməniləri üçün çox təhlükəli nəticələr verə bilər". İrəvandakı "Ararat" Strateji Araşdırmalar Mərkəzinin dünən keçirdiyi mətbuat konfransında bu qurumun rəhbəri Armen Hayvazyan bildirib ki, "yol xəritəsi"nin qondarma "erməni soyqırımı"nının qeyd olunduğu aprelin 24-ü ərəfəsində açıqlanması Ankaranın erməniləri təhqir etmək cəhdidir. "Onlar bütün ermənilərin soyqırımla eyniləşdirdikləri aprel ayının hansısa "tüurk-0erməni münasibətləriqnin normallaşmsı ayı" kimi xatırlanmasını istəyir. Halbuki belə yaxınlaşma və ya münasibətlərin qaydaya salınmasından söhbət belə, gedə bilməz, çünki Türkiyə qarşımızda irreal şərtlər qoyur, aqressiv davranışını dəyişmir", - A.Hayvazyan bildirib. Onun dediyinə görə, "yol xəritəsi" ermənilərin milli şərəf və mənliyinin alçaldılmasına, erməni xalqının öz milli maraqlarından imtinaya hazırlaşdırılmasına yönəlib: "Erməni xalqından xəbərsiz, gizli şəkildə əldə edilmiş razılaşma və imzalanmış müqavilənin bizə dəyən ilk zərbəsi budur ki, ABŞ prezidenti aprelin 24-dəki müraciətində "erməni soyqırımı" ifadəsini işlətmədi. Bundan başqa, bütün dünya ermənilərində təlaş yaranıb. Aprelin 23-də biz başqa Ermənistanda, düşmənin diplomatik və ideoloji caynaqlarındakı ölkədə ayıldıq". A.Hayvazyan hesab edir ki, yaranmış vəziyyətdə yeganə çıxış yolu XİN başçısı Edvard Nalbandyanın istefasını tələb etmək, "yol xəritəsi"ni qüvvədən düşmüş sayaraq denonsasiya etmək, Ankaranın "antierməni siyasətindən əl çəkməsi"nə qədər Türkiyə ilə məğlubiyyətçi danışıqlara son qoymaqdır. "Dağlıq Qarabağ məsələsində Türkiyə Azərbaycanı dəstəkləməkdən əl çəkməyincə, Ankara ilə heç bir münasibət normallaşa bilməz". İrəvandakı Xarici Siyasət və Təhlükəsizlik Şurasının sədri, Dağlıq Qarabağın sabiq "XİN başçısı" Masis Mailyan isə hesab edir ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması ilk növbədə Ankaraya gərəkdir. "Türkiyə bu münasibətlərin qaydaya salınması prosesində kənar qüvvələrin, xüsusilə də Azərbaycanın ambisiyalarının qurbanına çevrilməməlidir. Sərhədin bağlı qalması və diplomatik əlaqələrin yoxluğu iki qonşu ölkənin müsbət imicinin formalaşmasına mane olur. İllah da ki, belə vəziyyət Avropa Birliyinə daxil olmağa çalışan Türkiyəyə çox ciddi problemlər yaradır. Bəzilərinin, xüsusilə də Azərbaycan rəhbərliyi və siyasətçilərinin dediklərinin tam əksinə olaraq Türkiyə ilə sərhədin açılması məsələsi Ermənistan üçün həyati önəm daşımır. Bu problemin həlli daha çox Türkiyəyə və Azərbaycana gərəkdir: Ankara ilə Bakı bunları dərk etməlidir", - M.Mailyan söyləyib. Bu arada Rusiya Cənubi Qaqfazda hadisələrə təsir imkanlarını büsbütün əldən verməmək üçün hərəkətə gəlib. Rusiyanın baş naziri Vladimir Putin mayın 15-də Soçidə Türkiyə hökumətinin rəhbəri Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək. Yanvarın 11-də Moskvadakı "Prezident Otel"də türk və rus iş adamlarıyla bir araya gələn Putinlə Ərdoğan o vaxt iki ölkə arasındakı münasibətləri, xüsusilə də gömrükdə yaranmış problemləri müzakirə etmişdilər. Budəfəki randevunun əsas mövzusu isə "Mavi axın-2" layihəsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasıdır. Türkiyənin Cənubi Qafqazda qüvvələr nisbətini dəyişdirə biləcək addımlar atmaqda olduğu, Ermənistanla əlaqələrini normaya salaraq Rusiyanın regiondakı yeganə müttəfiqinə Kremlin təzyiqlərini azaltmağa çalışdığı bir dönəmdə baş nazir Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri birmənalı qarşılana bilməz. Bu səfər əslində Rusiya, Ermənistan və Azərbaycan mediasında Ankara-İrəvan münasibətlərinin normallaşması istiqamətində görülən işlərin intensivləşməsi, xüsusilə də İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan arasında "yol xəritəsi"nin imzalanmasından sonra geniş müzakirə mövzusuna dönmüşdü. Fəqət bütün israr və iddialara rəğmən, Türkiyə iqtidarının mənsubları səfərin olmayacağını dedilər. Bir qədər keçdi, əvvəlcə prezident Abdulla Gül, sonra da baş nazir Rəcəb Tayyib Ərdoğan yaxınlarda Moskvaya səfər planlaşdırılmadığını az qala and-amanla bildirdilər. Əslində, Ərdoğan-Gül dueti fərqli mövqe tuta da bilməzdilər. ABŞ-ın aşkar təzyiqləri və pərdəarxası, kuluar ultimatumlarından sonra Ermənistanla danışıqları fəallaşdıran, amma bu prosesi İsveçrədə apararaq ictimaiyyətdən gizləyən, müzakirə mövzuları və dartışılan məsələlər barədə heç bir məlumat verməyən rəsmi Ankara sonda "yol xəritəsi"ni ortaya qoyaraq postfaktum şərhlər verməyə başladı. "Yol xəritəsi" barədə yetərincə bəhs edildiyindən, oradakı prinsip və müddəalar barədə geniş bəhs etməyə lüzum görmürük. Sadəcə, onu bildirək ki, həmin planın reallaşacağı təqdirdə Rusiyanın Ermənistandakı strateji maraqları zədələnir, Kremlin İrəvandakı təsir mexanizmləri laxlamağa başlayır və Türkiyə Cənubi Qafqazda önəmli oyunçulardan birinə çevrilir. Təbii, Türkiyə ilə sərhəd açılandan sonra Ermənistanın Avro-Atlantika inteqrasiyasına yönəlmiş siyasət yürüdəcəyi, Rusiyanın təsir rıçaqlarından məhrum olacağı, İrəvandakı iqtidarın Kremlə verdiyi vədləri unudaraq yön dəyişdirəcəyi barədə nikbin təxminlər əsassız xülyalardan başqa heç nə deyil. Zira Ermənistanın MDB-də Rusiya ilə hansı təmaslarla bağlı olduğunu, Moskvanın erməniləri aramsız silahlandırdığını, Ermənistan iqtisadiyyatının ən önəmli sahələrinə tam nəzarət etdiyini və ən nəhayət, ermənilərlə ruslar arasında tarixən mövcud olmuş sıx əlaqələri nəzərə alsaq, İrəvanın Moskvadan aralanıb Qərbə yaxınlaşacağı real təsir bağışlamır. Bu proses indi və yaxınlarda yox, nə zamansa, gələcəkdə baş verə bilər. İndisə Rusiya Ermənistana təsir imkanlarının zərrə qədər zəifləməsinə yol verməmək, habelə Dağlıq Qarabağ münaqişəsi və İrəvan-Ankara münasibətlərindəki yaxınlaşmaya nəzarət etmək üçün Türkiyə ilə müzakirələri intensivləşdirmək qərarına gəlib. Rusiyanın XİN başçısı Sergey Lavrovun İrəvanda olarkən Serj Sərkisyanla müzakirələr aparması, onu iyun ayında Sankt-Peterburqda keçiriləcək iqtisadi forumda Azərbaycan prezidenti ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesini intensivləşdirməsi yollarını nəzərdən keçirməyə vadar etməsi də Moskvanın regionda "əss sülhməramlı" rolunu oynamaqda qətiyyətli olmasından xəbər verir. Bundan başqa, "Prime-TASS" agentliyinin dünən yaydığı məlumata görə, Rusiyanın alternativ "yol xəritəsi" var və Putin-Ərdoğan danışıqlarının əsas mövzusu da məhz bu olacaq. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı Rusiyanın iki təklifi var: 1. Türkiyə və Ermənistan heç bir qarşılıqlı şərt irəli sürmədən münasibətləri qaydaya salır, diplomatik əlaqələr qurulur, səfirliklər açılır. Bu işdə Rusiya diplomatik vasitəçiliyə və fəal müzakirələrdə dəstəyə hazırdır. 2. Türkiyə-Ermənistan ticari-iqtisadi əlaqələrinin normallaşması prosesində Rusiya Ermənistan və Türkiyə ilə birgə layihələrin həyata kueçirilməsini nəzərdən keçirə bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə isə, Rusiyanın baş naziri Vladimir Putinin Moskvada Rəcəb Tayyib Ərdoğana təklif edəcəyi nizamlanma variantı belədir: 1. Ermənistan və Dağlıq Qarabağ erməniləri hazırda əllərində saxladıqları Fizuli, Ağdam, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarını heç bir qeyd-şərt olmadan azad edir, hərbi birləşmələri Dağlıq Qarabağa çəkirlər. 2. Ermənistanla Dağlıq Qarabağ arasında faktiki olaraq nəqliyyat dəhlizi rolunu oynayan Laçın və Kəlbəcər rayonlarının statusu ilə bağlı danışıqlar Dağlıq Qarabağın ümumi statusunun müzakirələri ilə eyni vaxtda aparılır. 3. Dağlıq Qarabağın statusu Ermənistan və Azərbaycan arasında şərtləri, vaxtı və formatı razılaşdıralacaq, habelə BMT, Avropa Birliyi, Türkiyə, Rusiya və ABŞ tərəfindən təsdiqlənərək təminatı veriləcək referendum vasitəsilə müəyyənləşdirilir. 4. Dağlıq Qarabağ münaqişəsi zonasında tərəflərin təmas xəttindən bütün hərbi birləşmələr, ağır və orta silahlar, zirehlitexnika və s. çəkilir, həmin zonaya ilkin mərhələdə beynəlxalq sülhməramlı kontingent yeridilir, daha sonra isə milis qüvvələri yerləşdirilir. 5. Dağlıq Qarabağla bağlı danışıqlarda Rusiya və Türkiyənin təminatçı, habelə vasitəçi qismində iştirakı təmin olunur. Rusiya XİN-dəki mənbə bildirib ki, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə səsləndiriləcək əsas fikir Rusiyanın Cənubi Qafqazdakı proseslərə "kənar güclərin kəskin müdaxiləsi"nə yol verilməməsidir. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar